· 

Nanohissəciklər

Viral infeksiyalar hər il dünyada milyonlarla insanların ölümünə səbəb olur. Hazırda dünyada bu virusa qarşı dərmanlar  mövcuddur. Lakin bu dərmanlar virusu öldürmür. Çikaqonun Kimya universitetinin professoru Petr Kral  daxil olmaqla, beynəlxalq tədqiqatçılar qrupu bu virus əleyhinə yeni antiviral nanozərrəciklər hazılamışdırlar. Virusların hüceyrəyə yayılmasına mane olan dərmanlardan fərqli olaraq, yeni nanozərrəciklər virusları məhv edir.

 

    HİV daxil olmaqla, virusların böyük bir hissəsi heparin sulfat proteoglikol (HSPG) adlandırılan  hüceyrə səthinə bağlanır və sağlam hüceyrələrə daxil olur. HSPG-yi təqlid edən mövcud dərmanlar viruslara birləşir və hüceyrələrə birləşməsinin qarşısını alır, lakin gücü nisbətən zəifdir.   Bu dərmanlar virusları məhv edə bilmirlər və virus dərman konsentrasiyası azaldıqda yenidən aktiv ola bilər.Yeni nanozərrəciklər  HSPG adlı hüceyrə səthi proteinini təqlid edir. Antiviral nanozərrəciklər  bir sıra viruslara bağlanır və viruslarda ölümcül deformasiyaya səbəb olurlar, ancaq sağlam toxumalara və hüceyrələrə təsir etmirlər. Nanozərrəciklər ilə aparılan təcrübələr, onların herpes  virusu, insan papilloma virus , syncytial virus, Dengue virusu və Lentivirusa dönməz şəkildə bağlandığını və onları  məhv etdiyini sübut etdi.

Foto: 
İnsan papilloma virusunun səthinə bağlanmış  nanozərrəciklər

Write a comment

Comments: 0

Əlaqə:

 

 e-mail : info@kimyafobiya.org

 mobil  : (+994) 55 521 12 29

Bu resurs Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsində qalib gəlmiş "KimyaFobiya ilə Mübarizə" layihəsi çərçivəsidə hazırlanmışdır. Təhsil Nazirliyi nəşrin məzmununa görə məsuliyyət daşımır.

"KimyaFobiya İlə Mübarizə" 

© 2019. Bütün hüquqlar qorunur.

Note: Please fill out the fields marked with an asterisk.