· 

XLORULU SU BAKTERİYALARA NECƏ TƏSİR EDİR?

Xlorlu sudan uzun müddətidr ki, dezinfeksiyaedici kimi istifadə olunsa da, onun bakteriyaları tam olaraq necə məhv etdiyi aydın deyildi.  4 noyabr 2017-ci ildə "CELL" jurnalında yayımlanan bir məqalə bu suala qismən də olsa aydınlıq gətirir.

Elm adamları xlorlu suda bakteriyalara təsir edən aktiv komponent sayılan hipoxlorit turşusunun təsir mexanizmini aşağıdakı kimi izah edirlər.  Hipoxlorit turşusunun təsiri ilə bakteriyalarda ola zülallar denaturasiyaya uğrayır. Belə denaturasiya dönməyən olur.  Denaturasiya olunmuş zülal öz işini icra edə bilmir, beləcə bakteriya məhv olur.

 

Lakin bütün bakteriyalar bu turşu qarşısında tam aciz də sayılmazlar. Belə ki, "çaperon" da adlandırılan Hsp33 kimi zülallar bakteriyaları bu turşunun təsirindən mühafizə edə bilir. Onlar buna öz-özünə denaturasiya olunmaq ilə nail olurlar. Xatırladaq ki, denaturasiya müxtəlif amillərin təsirindən zülalların birincili quruluşa doğru sadələşən forma dəyişməsidir. Əgər proses nəticəsində zülal birincili quruluşunu da itirirsə proses dönməz olur. "Çaperonlar" oksidləşdiricinin təsiri ilə denaturasiyaya uğrayıb, əsas zülalların denaturasiyasına imkan vermir. "Biz adətən 3 və 4-cülü quruluş alan zülalları aktivləşmiş hesab edirik. "Çaperonlar" isə denaturasiyaya uğramaqla aktiv hala gəlmiş olurlar." deyə Miçiqan Universitetinin professoru Ursula Jacob məsələyə aydınlıq gətirib.

Write a comment

Comments: 0

Əlaqə:

 

 e-mail : info@kimyafobiya.org

 mobil  : (+994) 55 521 12 29

Bu resurs Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsində qalib gəlmiş "KimyaFobiya ilə Mübarizə" layihəsi çərçivəsidə hazırlanmışdır. Təhsil Nazirliyi nəşrin məzmununa görə məsuliyyət daşımır.

"KimyaFobiya İlə Mübarizə" 

© 2019. Bütün hüquqlar qorunur.

Note: Please fill out the fields marked with an asterisk.