Bİzə dəstək olun


“KimyaFobiya ilə Mübarizə” olaraq artıq bir neçə ildir ildir ki, Azərbaycan auditoriyası üçün əcnəbi mənbələrdəki kimyaya aid məlumatları və videoçarxları tərcümə edir, saytımızda yerləşdiririk. Bu qısa müddətdə 4000-dən artıq izləyici qazanmağımız bu sahədə mövcud boşluğu doldura bildiyimizin göstəricisidir. Lakin hədəflərimiz daha böyükdür. İcrasını planlaşdırdığımız müxtəlif layihələr maddi səbəblərə görə icra oluna bilmir. Təhsil Nazirliyinin təşkil etdiyi Qrant Müsabiqələrinin birində qalib gəldiyimiz vaxt yaradılan saytımız iki il müddətinə açılmışdı və gələn il bağlanacaq.

 

Maliyyə müstəqilliyimizi təmin etməyimiz sizlərin qarşısına yeni layihələr ilə çıxa bilməyimiz, müxtəlif xeyriyyə aksiyaları keçirə bilməyimiz və mütəmadi olaraq yeni istiqamətlərdə fəallıq göstərməyimiz üçün vacibdir. Bu məqsədlə sizlərə bizə dəstək ola biləcəyiniz aşağıdakı üç istiqaməti təklif edirik:

XİDMƏTLƏR

   Saytımızın “XİDMƏTLƏRİMİZ” bölməsində komandamızın sizə təqdim edə biləcəyi xidmətlərin siyahısı yerləşdirilmişdir. Orada göstərilən xidmətləri sifariş etməklə komandamıza qanuni yollarla maddi dəstək vermiş olarsınız.

İYANƏLƏR

   Dünyanın bir çox ölkələrində izləyicilər öz sevimli informasiya mənbələrini aktiv saxlamaq üçün cüzi məbləğlərdə iyanə verirlər. Hazırda videolarını tərcümə etdiyimiz “Thosoi” və “NileRed” kimi YouTube kanalları məhz bu cür maliyyələşir.

SPONSORLAR

   Komanda olaraq bizi himayə edəcək, qarşılaşacağımız maddi və hüquqi məsələlərdə bizə dəstək olacaq sponsorlara hər zaman ehtiyyac duyuruq. Böyük şirkətlər, təlim mərkəzləri və başqa qurumlar gələcək işlərimizə dəstək ola bilər. 


Biz həvəskarlarıq. Lakin təkcə həvəs böyük işlərə imza atmaq üçün yetərli deyil. Maliyyə tələb olunan bir çox layihələri həyata keçirməkdə çətinlik çəkirik. Saytımız gələn il bağlanır, onu aktivləşdirmək lazımdır. Göstərdiyimiz xidmətin səviyyəsini yüksəltmək, dünya səviyyəli rəqiblərimizlə ayaqlaşmaq üçün hər birinizin dəstəyinə ehtiyac duyuruq.

          Dəstək olmaq istəyənlərə yol göstərmək üçün əlavə məlumat veriləcək. Bunun üçün əlaqə saxlamağınız kifayətdir.

 

Yarana biləcək hər cür sualınız üçün:

Əlaqə:

 

 e-mail : info@kimyafobiya.org

 mobil  : (+994) 55 521 12 29

Bu resurs Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsində qalib gəlmiş "KimyaFobiya ilə Mübarizə" layihəsi çərçivəsidə hazırlanmışdır. Təhsil Nazirliyi nəşrin məzmununa görə məsuliyyət daşımır.

"KimyaFobiya İlə Mübarizə" 

© 2019. Bütün hüquqlar qorunur.

Note: Please fill out the fields marked with an asterisk.