"KimyaFobiya ilə Mübarizə" adlı layihə çərçivəsində

 

orta məktəb şagirdləri ilə ilk görüş təşkil olundu

 

    Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi "Təhsildə İnkişaf və İnnovasiyalar Üzrə I Qrant Müsabiəqəsi"nin qalibi olmuş "KimyaFobiya ilə Mübarizə" adlı layihə çərçivəsində orta məktəb şagirdləri ilə ilk görüş 3 noyabr tarixində Quba rayon, Məcgə-Xacə kənd orta məktəbində baş tutdu.  Saat 12:00-da başlayan tədbir 14:00-a qədər davam etdi. Tədbirdə öncədən onlayn qeydiyyat formunu dolduraraq qeydiyyatdan keçmiş Rustov, Qam-qam və Məcgə-xacə kəndlərindən olan yüzdən artıq sagird iştirak edirdi. 

    Öncədən müəyyənləşmiş proqram əsasında təşkil olunan görüş aparıcı Könül Əzizəliyevanın çıxışı ilə başladı. Daha sonra söz layihə rəhbəri Vəli Əliyevə verildi. Layihə rəhbəri öz çıxışında Təhsil Nazirliyinin təşkil etdiyi I qrant müsabiqəsi haqqında ətraflı məlumat verdi, qalib gəlmiş layihə çərçivəsində görüləcək işlərdən danışdı. Sonra kürsüyə tədbirin təşkil olunduğu Məcgə-Xacə kənd orta məktəbinin direktoru Faiq Bayramov və həmin məktəbin kimya müəllimi, əməkdar müəllim Şahlar Əmirov dəvət olundular. 

    Açılış çıxışlarının ardından söz "Günün qonağı" qismində könüllü olaraq qeydiyyatdan keçmiş və layihə rəhbərliyi tərəfindən görüş üçün seçilmiş Leyli İbrahimli və Nərgiz Mirzəzadəyə verildi. İlk çıxış edən Nərgiz Mirzəzadə şagirdlərə "Qara Qızılın Aqibəti" başlığı altında neftin emalı haqqında danışdı. Şagirdlərin mövzu ilə bağlı suallarına aydınlıq gətirdi, suallara cavab verdi. Daha sonra ikinci qonaq Leyli İbrahimli şagirdlər üçün "Bioyanacaqlar" adlı çıxışını təqdim etdi. Neft ölkəsi olan Azərbaycanda bioyanacaqlar ilə bağlı aparılan tədqiqatlardan, və ölkəmizdə bu sahənin mövcud vəziyyətindən danışdı. Şagirdlərin mövzu ilə bağlı suallarını cavablandırdı. 

     Qonaqların çıxışının ardından "Bilik Yarışı" başladı. Bilik yarışında öncədən bu yarışda iştirak etmək istədiyini öz qeydiyyat formunda qeyd etmiş şagirdlərə 15 kimya sualı ünvanlandı. Bir qalib, üç fərqlənən müəyyənləşdirildi. Uğur qazanan şagirdlərə layihə rəhbəri adından fəxri fərmanlar təqdim olundu. Şagirdlərin fəxri fərmanları qonaqlar tərəfindən təqdim olundu. Bu məqamda layihə rəhbəri adından görüşdə iştirak edən qonaqlara təşəkkürnamələr də təqdim olundu. 

     Sonra şagirdlər bir-birindən maraqlı üç kimya təcrübəsi izlədilər. Təcrübələri öncədən dəvət olunmuş ekspert İmran Rəhimov apardı. Rustov kənd tam orta məktəbinin şagirdi Tamerlan Bayramov təcrübələrin hazırlanmasında dəyərli ekspertimizə köməklik göstərdi. Aparılan təcrübələr, spirt lampasının öz-özünə alışması, köpük vulkanı və ammonium-bixromat ilə maqneziun tozu qarışığının yanması təcrübələri oldu. 

    Görüş aparıcının yekun çıxışı ilə başa çatdı. Aparıcı növbəti görüşün 10 noyabr tarixində Rustov kənd tam orta məktəbində təşkil olunacağını bildirdi.  Əlavə olaraq qeyd edək ki, gələn görüşə dəvət olunacaq qonaqlar, bilik yarışlarında istifadə olunacaq suallar və nümayiş etdiriləcək təcrübələr tam fərqli olacaq.

 

 

XƏBƏRİ HAZIRLADI: Layihə rəhbəri Vəli Əliyev

Comments: 0

Əlaqə:

 

 e-mail : info@kimyafobiya.org

 mobil  : (+994) 55 521 12 29

Bu resurs Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsində qalib gəlmiş "KimyaFobiya ilə Mübarizə" layihəsi çərçivəsidə hazırlanmışdır. Təhsil Nazirliyi nəşrin məzmununa görə məsuliyyət daşımır.

"KimyaFobiya İlə Mübarizə" 

© 2019. Bütün hüquqlar qorunur.

Note: Please fill out the fields marked with an asterisk.