D İ G Ə R     M Ə Q A L Ə L Ə R

Flogiston nəzəriyyəsi


Flogiston maddənin yanması və parçalanması prosesini izah edən, kimya tarixində ilk teoremdir. Flogistos yunan sözü olub, yanan, yandırılan deməkdir. Bu nəzəriyyəni 1697-1703-cü illərdə alman həkimi Georg Ştal irəli sürmüşdür. Nəzəriyyə geniş yayıldı və onun sayəsində kimya əlkimyaçıları öz fikirlərindən tamamilə uzaqlaşdılar. Ştalın fikrincə, flogiston-maddi substant olub, istənilən yanan maddənin tərkib hissəsidir. O, maddənin yanması və ya qızdırılıb parçalanması zamanı əmələ gəlib hava ilə reaksiyaya daxil olaraq alov əmələ gətirir. Həmin dövrün görkəmli kimyaçılarından olan Mixail Lomonosov, Karl Şeyele, Cozef Pristli, Henri Kavendiş uzun müddət flogistonun alınması yollarını araşdırmışlar lakin bunu tapmağa nail olmamışlar. Məsələn, Lomonosov ehtimal edirdi ki, flogiston- kiçik hissəciklərdən (korpuskul) ibarət maddi cisimdir.
Flogiston nəzəriyyəsi 1775-ci ildə fransız kimyaçısı Antuan Lavuazyenin oksigeni kəşfi etməsilə iflas etmiş oldu və qüvvədən düşdü. Kömür, (karbon) yanıb oksigenlə birləşərək karbon-dioksidə CO2-yə çevrilir. Həmin bu qaz heç də flogiston deyil, o həmçinin magnezium və kalsium karbonatlarının közərdilməsindən də alınır.

Novruz yumurtasının kimyası

 

Rəngli yumurta Novruz bayramının əvəzolunmaz atributu olsa da, yumurta rənglənməsi adəti çox qədim zamanlara aiddir. Yumurtanın təbii rəngləyicilər ilə boyanmasının müxtəlif üsulları vardır. Gəlin bu proseslərin kimyasına nəzər salaq:

Adətən rənglənmə prosesi yumurtanın sirkə essensiyası, su və rəngləyici qarışığına salınması ilə baş verir. Sirkə turşusu zülalları protonlaşdırır (protonun turşudan protofil hissəciyə köçürülməsi prosesi). Hansı ki, bu zülallar yumurta qabığındadır və müsbət yüklənmiş qabıqda  rəng daha möhkəm qalır, daha intensiv rənglər yaranır.

Yumurtanı necə rəngləyək?

Qırmızı rəng çuğundur şirəsindən və ya qaynadılma suyundan alınır. Buna səbəb betanin qırmızı piqmentidir.

Qırmızı kələm suyu tərkibində antosianin saxlayır və bu yumurtaya göy rəng vermiş olur. Antosianinin quruluşundan asılı olaraq göyün çalarları fərqli olacaq.

Yumurta qabığını sarı rəngə zərdəçal (sarıkök) ilə boyamaq olar. Buna səbəb kurkumin piqmentidir.

 

 


Kimyəvi enerji ilə lampa yandıraq


 Köhnə batareyanın yenidən işlək vəziyyətə gətirilməsi çox çətin məsələdir. Amma biz özümüz primitiv olaraq elektrik mənbəyi hazırlaya bilərik. Elektrik cərəyanının bir çox kimyəvi mənbələri vardır. Onlar arasında Qren elementinin hazırlanması daha sadədir. Bunun üçün şüşə qab daxilinə yerləşə bilən ölçüdə sink və karbon tərkibli iki lövhə lazımdır. Şüşə qaba uyğun polietilen qapaq seçin və onu iki hissədən məftilin keçə biləcəyi ölçüdə qıyıq ilə deşin. Bu deşiklərdən məftilləri keçirib onlardan həmin elektrodları elə asın ki, toqquşmasınlar. Elektrolit kimi tərkibində 16 faiz sulfat turşusu və 12 faiz kalium-dixromatın sulu məhlulu istifadə olunur. Həmişəki kimi turşunu suyun üzərinə əlavə etməyi unutmayın. Plastinlərin yarıdan çox hissəsi elektrolit ilə örtülənə qədər şüşə qaba elektrolit əlavə edin. Qabı məftilli və plastinli, əvvəlcədən hazırlanmış qapaqla möhkəm bağlayın. Elektrodların elektrolit ilə təması zamanı elektrik potensialı əmələ gələcəkdir. Dövrəni qapasaq elektrik enerjisinin keçməsini müşahidə edərik. Bunu məftillərə voltmetr qoşmaqla yoxlamaq olar ,bu zaman göstərici 2V göstərmiş olar. Elektrik hərəkət qüvvəsi aşağı olduğundan bununla heç balaca fənər lampası da yanmaz. Amma Qren elementindən bir yox iki və ya üç ədəd hazırlayıb birləşdirsək əlbətdə ki, lampa yanacaq.

Kristallik naxışlar


Elə maddələr vardır ki, onları izomorf adlandırırlar. Fərqli tərkibə malik olsalar da eyni cür kristallaşırlar. Belə bir maddənin kristalı digər maddənin doymuş məhlulunda böyüyə bilər. Elə bil ki, ”kristalda kristal” alınır. Əgər onu kəssək kəsikdə həndəsi naxışa şahid olarıq.
Ən əlverişli izomorf maddələrə zəylər, ümumi formulu М'М"'(SO4)2*12H2O olan ikiqat sulfat kristalhidratlarını və s. aiddir. Onların 3 növündən istifadə edək: tünd bənövşəyi rəngli xrom-kaliumlu KCr(SO4)2*12H2O, yaşıl dəmir-ammoniumlu NH4Fe(SO4)2*12H2O və rəngsiz alüminium-kaliumlu КАl(SO4)2* 12Н2О.
Şüşə stəkana su əlavə edib üzərinə müəyyən miqdar istənilən növ zəy tökün və qızdırın, qızdırılma zamanı mütəmadi olaraq qarışdırın və qaynamamasına diqqət edin. Duz tam həll olunduqdan sonra yenə eyni miqdar kristalhidrat əlavə edib prosesi təkrarlayın. Məhlul doymuş olduqda tez bir zamanda onu filtrdən keçirin (məsələn, pambıqlı süzgəcdən). Stəkanı örtün və soyumasını gözləyin. Məhlulun dibində balaca kristallar əmələ gəldiyinin şahidi olacaqsız. Kristalları toplayın qurudun və bağlı qabda saxlayın. Məhlulu da saxlayın. Beləcə digər iki növ kristalhidratlardan istifadə edərək məhlullar və kristallar əldə edin. Alınmış məhlular üzərində adlarını qeyd edin ki, səhv salmayasınız. Götürülmüş və qurudulmuş kiçik kristalları sapa bağlayıb asılı şəkildə məhlul daxilinə salın. Kristalların böyüməsinə şahid olacaqsınız. Daha sonra kristalların məhlullarını dəyişərək özünün deyil digər maddənin məhlulunda asılı şəkildə saxlayın. Beləcə hər kristal ,üç kristal məhlulu daxilində böyüməsini davam etdirəcək. Sizi qane edən böyüklüyə nail olduqdan sonra kristalı çıxarıb qurudun. Xüsusi kəsici alətlə kəsməklə daxilində aydın naxışlara şahid olacasınız. Adətən öz məhlulunda böyümüş zəy kristalı oktaedrik formaya malik olur amma bu təcrübə 3 məhlul istifadə edildiyindən fərqli və gözəl formalarla və kəsikdə kristallik naxışlarla tanış olacağıq. Prosesi hava axını olmayan yerdə etməyiniz məsləhətdir.



Əlaqə:

 

 e-mail : info@kimyafobiya.org

 mobil  : (+994) 55 521 12 29

Bu resurs Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsində qalib gəlmiş "KimyaFobiya ilə Mübarizə" layihəsi çərçivəsidə hazırlanmışdır. Təhsil Nazirliyi nəşrin məzmununa görə məsuliyyət daşımır.

"KimyaFobiya İlə Mübarizə" 

© 2019. Bütün hüquqlar qorunur.

Note: Please fill out the fields marked with an asterisk.