Billur şüşələr

 

 

Xalq arasında "kristal" kimi adlandırdığımız maddə, qurğuşun şüşə şüşənin bir növüdür. Amma, adi kalium şüşədəki kalsium  qurğuşunla əvəz olunub. Qurğuşun şüşə kütləcə 18-40 % qurğuşun(II)oksid (PbO) təşkil edir, hansı ki, günümüzdə hazırlanan müasir qurğuşun kristallar (keçmişdə onları tərkibindəki silisiumun çoxluğuna görə rəngsiz şüşə və ya çaxmaqdaşı adlandırırdılar) minimum 24% PbO-dən təşkil olunur. Qurğuşun şüşə dekorativ xüsusiyyətinə görə daha çox arzu ediləndir. Keçmişdə, qurğuşun kristal şüşələr içkiləri saxlamaq üçün istifadə olunurdu, amma qurğuşunun insan sağlamlığı üçün zərərli olması səbəbindən bu günlərdə az istifadə olunur. Digər alternativ kristal şüşələr isə qurğuşun oksidin əvəzində barium-oksid, sink-oksid və ya kalium-oksid istifadə olunmuş şüşələrdir. Qurğuşunsuz kristalların qurğuşunlu kristallarla uaxın şüasındırma əmsalı var, amma nisbətən yüngüldürlər və daha az sındırma qabiliyyətinə sahibdir. Avropa birliyində, "kristal" məhsullar "Council Directive 69/493/EEC" tərəfindən qeydə alınır və dörd kateqoriyaya görə fərqlənirlər, bunlar əsasən kimyəvi tərkibi və materiyalının xüsusiyyətləridir. Yalnız, 24% -dən yuxarı qurğuşun oksid tərkibli maddələr "qurğuşun kristal" adlandırıla bilər. Daha az qurğuşun oksid tərkibli və ya digər oksid tərkibli şüşələr "kristalin" və ya "kristal şüşə" adlandırılır. Şüşələrə qurğuşun oksid artırdıqca şüşənin sındırma əmsalını artır, ərimə-qaynama temperaturunu və özlülüyünü azalır. Tərkibində qurğuşunun olması ona cəlbedici optiki xassələr yaradır. Qurğuşunun atomu kütləsinin ağır olması, qurğuşun şüşəni daha ağır edir, qeyd edək ki, qurğuşunun atom kütləsi 207.2-dir kalsiumunki isə 40.02-dir. Soda şüşələrin (adi şüşələrin) sıxlığı 2.4q/(sm^3 ) –dən aşağıdır amma qurğuşun şüşələrinki 3.1q/(sm^3 )-dur, hətta yüksək qurğuşun konsentrasiyalı şüşələrin sıxlığı 4.0q/(sm^3 ) və 5.9q/(sm^3 ) arasında dəyişə bilir. Qurğuşun şüşənin brilyanta oxşar xassəsinin olması yüksək işıq sındırma əmsalından asılıdır. Hansı ki, onu da qurğuşunun çox olması yaradır. Adi şüşələrin n=1.5 işıq sındırma əmsalı var, amma qurğuşun əlavə olunmuş şüşələrdə n=1.7, 1.8 arasında dəyişir. Sındırma əmsalı həmçinin qurğuşun şüşənin yüksək dispersiya qabiliyyətindən də (işığı sındırarkən onu prizmatik şəkildə hissələrinə ayırmaq qabilliyəti) asılıdır. Kristal kəsən qurğular brilliant yaratmaq üçün bu xassələrdən istifadə edirlər. Yüksək işıq sındırma əmsalı linza şüşələri hazırlamaq üçün yararlıdır, çünki lazımi fokus məsafəsi daha nazik linzalar ilə əldə olunur. Amma, əgər linzada akromatik problemlər (işığı rənglərini düzgün əks etdirməmə) olarsa digər vasitələrlə düzəldirməlidir. Kalium şüşələrinə artırılmış qurğuşun oksid onun özlülüyünü (axıcılığını) azaldır. Bu da onu adi kalium şüşələrinə nisbətən daha asan mayeləşdirir. Şüşələrin özlülüyü tempraturdan asılı olaraq dəyişir. 1100°C-yə kimi temperatur daxilində qurğuşun şüşənin özlülüyü adi şüşənin özlülüyündən 100 dəfə azdır. Qurğuşun şüşənin bu xassəsindən praktikada əsasən iki cür istifadə edirlər. Birincisi, aşağı temperaturda istifadə oluna bilinir, ikincisi, gəmilərdə problem yaradan sıxışmış hava qabarcıqlarından azad olmaq üçün istehsal prosesində qurğuşun şüşə daha effektiv olur və zədəsiz, qüsursuz gəmilər yaratmağa icazə verir. Sıxılmış, qurğuşun kristal təmiz və uca səs çıxardır. Alıcılar onun bu xassəsindən istifadə edərək, digər kristal şüşələrdən fərqləndirirlər. Kalium ionları qurğuşun-silisium matrisində bərk rabitə, soda-əhəng şüşələrdə isə zəif rabitə ilə birləşirlər. Buna görə də, qurğuşun atomları kristallarda silkələnirlər və daha gur səs çıxarmanı şərtləndirirlər. Həmçinin, qurğuşun şüşələr mis və stibiumu özündə həll edə bildiyinə görə rəngli qurğuşun şüşələr istehsal edilir və istifadə olunur. Qurğuşun qamma, rentgen şüalarını udur və radiasiyaya qarşı istifadə olunur. Pb2+ ionunun yüksək radiusa malik olması onun daha az hərəkətli edir və digər ionların hərəkətinə mane olur, bu səbəbdən qurğuşun şüşələrin bir qədər daha yüksək eletrik müqaviməti vardır ( 108.5 -106.5 Om*sm, 250 °C və ya 482 °F –də). Buna görədə, eletrikli işlərdə qurğuşun tərkibli şüşə daha tez-tez istifadə olunur.


Write a comment

Comments: 0

Əlaqə:

 

 e-mail : info@kimyafobiya.org

 mobil  : (+994) 55 521 12 29

Bu resurs Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsində qalib gəlmiş "KimyaFobiya ilə Mübarizə" layihəsi çərçivəsidə hazırlanmışdır. Təhsil Nazirliyi nəşrin məzmununa görə məsuliyyət daşımır.

"KimyaFobiya İlə Mübarizə" 

© 2019. Bütün hüquqlar qorunur.

Note: Please fill out the fields marked with an asterisk.