EFİRLƏŞMƏ REAKSİYASININ MEXANİZMİ


Bu məqalə qatı sulfat turşusunun  iştirakı ilə  karbon turşuları və spirtlər arasında gedən efirləşmə reaksiyasının mexanizmi haqqındadır. Nümunə kimi proses etan turşusu və etanoldan etilasetatın alınması reaksiyası üzərində nəzərdən keçirilir. Reaksiya olduqca yavaş gedir və dönəndir. Tarazlığı efirin alınması istiqamətinə yönəltmək üçün alınan efir mütəmadi olaraq sistemdən çıxarılır. Öncədən qeyd edək ki, biz tarazlıq halında olan hər iki reaksiyanın deyil, yalnız düzünə gedən efirləşmə reaksiyasının mexanizminə baxacağıq. Efirin hidrolizi reaksiyasının mexanizmi sizə maraqlı olsa, başqa bir məqalədə bu mövzuya da toxunarıq.

 

·         I MƏRHƏLƏ

 

Bu mərhələdə etan turşusu sulfat turşusundan bir hidrogen protonu qəbul edir. Proton karbon atomuna ikiqat rabitə ilə birləşmiş oksigenin elektron cütü tərəfindən tutulur. 

Nəticədə etan turşusunun molekulu müsbət yük əldə edir. Əmələ gələn müsbət yüklü ion aşağıdakı üç rezonans forma halında mövcud olur.

Quruluşların rezonans formalara aid olduğunu bilərək prosesin növbəti mərhələləri üçün müsbət yükün karbonda olduğu forma üzərində izah edəcəyik.

 

·         II MƏRHƏLƏ

 

            Yuxarıda seçdiyimiz rezonans formanın müsbət yüklü karbon atomu etanol molekulunun oksigen atomundakı elektron cütü tərəfindən cəzb olunur. Beləcə spirt molekulunun birləşməsi baş verir.

·         III MƏRHƏLƏ

 

Birləşmədən sonra spirtin oksigen atomu əldə etdiyi müsbət yükü kompensasiya etmək üçün qonşu oksigen atomlarının birinə bir proton verir. Bu proses mühitdəki reaksiyaya girməmiş spirtin polyar molekullarınin təsiri ilə baş verir. 

·         IV MƏRHƏLƏ

 

Bu mərhələdə iondan su molekulu ayrılır. 

Su molekulunun ayrılmasından sonra birləşmə yenidən rezonans formaya keçir. Biz yenə də müsbət yükün karbon atomu üzərində olduğu formaya baxacağıq.

·         V MƏRHƏLƏ

 

            Bu mərhələ prosesin son mərhələsidir. Hidrogen protonu hidrosulfat anionuna qayıdır. Katalizator kimi iştirak edən sulfat turşusu bərpa olunur. Efirləşmə reaksiyası başa çatır.


Əlaqə:

 

 e-mail : info@kimyafobiya.org

 mobil  : (+994) 55 521 12 29

Bu resurs Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsində qalib gəlmiş "KimyaFobiya ilə Mübarizə" layihəsi çərçivəsidə hazırlanmışdır. Təhsil Nazirliyi nəşrin məzmununa görə məsuliyyət daşımır.

"KimyaFobiya İlə Mübarizə" 

© 2019. Bütün hüquqlar qorunur.

Note: Please fill out the fields marked with an asterisk.