Fenol

 

Mənbə: Prof.Dr. Ural Akbulut Məqalələri
Tərcümə: Kimyafobiya ilə mübarizə

 

Təqribən 100 il bundan əvvələ qədər əməliyyat sonrası xəstələrin çoxu qanqreniyadan dünyasını dəyişirdi. Ətraflarında açıq sınıqları olan xəstələr qanqreniyadan ölməsin deyə qolları və ayaqları kəsilirdi. Avropada tibb 1800-cü illərdə elə də inkişaf etməmişdi. Xəstəxalalarda mikrobların təsirindən ölənlərin ölümünə kanalizasiyadan gələn pis qoxunun səbəb olduğuna inanırdılar və palatalarda xoş qoxulu tüstu yaratmaq yetərli hesab olunurdu.

Tibb fakültəsindən 1854-cü ildə məzun olan İ. Lister İsveçdə tibb professoru olmuşdu. Lister xəstələrin əməliyyatdan sonra ölməsinin qarşısını almaq yollarını araşdırırdı. O qapalı sınıqların problemsiz olaraq sağaldığını bilirdi. Lakin açıq sınıqlı xəstələrdə ölüm faizinin niyə belə yüksək olduğunu başa düşə bilmirdi. Həmin illərdə Lui Paster gözlə görünməyən mikrobların südü turşutduğunu kəşf etdi. 1862-ci ildə L. Paster südü qaynatmaq yolu ilə bu bakteriyaları öldürə biləcəyini də kəşf edir və buna pasterilizə adını verir.  O həm də bəzi kimyəvi maddələrin də bu məqsədlə istifadə edilə biləcəyini demişdi. Lister də qanqreniyaya gözəgörünməz mikrobların səbəb olduğuna inanırdı lakin bunun qarşısını necə alacağını bilmirdi. Ona qətrandan əldə olunan qətran yağının kanalizasiyalara tökülməsi ilə oradakı pis qoxunu aradan qaldırdığını və bu yağdan fenol adlı bir maddənin alındığını da bilirdi. 1865-ci ildə ayağında açıq sınıq olan bir uşağın yarasını qanqreniyadan qorumaq üçün fenol istifadə etməyə qərar verdi. Bütün alətlərini və əllərini fenol məhlulu ilə sildi, uşağın yarasının üzərinə fenol məhlulu ilə isladılmış parçalar bağladı. Dörd gündən sonra belə infeksiya ilə yoluxmayan yara altı həftə sonra sağaldı. Lister bu kəşfi ilə tibb tarixinə keçdi. Lister əməliyyat otağında hər əməliyyatdan öncə və sonra cərrahların əllərini 5%-li fenol məhlulu ilə yumasını təşkil etdi, əlcəkdən istifadə məcburiyyətə çevrildi. Əməliyyat alətləri fenol məhlulu ilə yuyuldu, əməliyyat masası ətrafına fenollu məhlul püskürdüldü. Görülən bütün tədbirlər əməliyyat sonrası qanqreniyadan ölüm faizini 80-dən 10-a saldı. Buna baxmayaraq Listerin üsulunun mənimsənilməsi zaman aldı. Səbəb fenolun dəridə yanıqlar əmələ gətirməsi idi. Fenoldan istifadə edən cərrahların əməlliyyatdları uğurlu keçdikcə ona maraq daha da artdı. Qanqreniyanın səbəbinin mikroblar olduğu tam aydınlaşdıqdan sonra fenolun yan təsirləri az olan antiseptiklər ilə əvəzlənməsi də artdı. O zamanlar həkimlər əməlliyyat otağına xüsusi geyimlə girmirdilər. Tələbələrin izləyə bilməs üçün əməliyyatlar "əməliyyat amfiteatrı" adı verilən xüsusi salonlarda aparılırdı. Listerin kəşfindən sonra əməliyyat otağına mikrobların daxil olmasının qarşısının alınması üçün tədbirlər görüldü. 1884-cü ildə Almaniyada cərrahlar ilk dəfə olaraq avtoklavda sterilizə edilmiş xalat və paltar istifadə etdilər. Əməliyyat  otaqlarının tavan və divarları asan təmizlənəcək şəkildə hamar düzəldildi. Bütün səthlər, həkimlərin əl və üzləri civə xlorid məhlulu ilə yuyuldu. İlk rezin əlcək 1890-cı ildə, ilk maska isə 1897-ci ildə istifadə olundu. Birtəfəlik istifadə üçün əlcək isə 1964-ci ildə çıxdı. Hazırda əməliyyat otaqlarının havası HEPA filtrləri ilə təmizlənir. HEPA filtrləri 1940-cı ildə ABŞ-da atom bombası hazırlanması zamanı təkminləşdirilmişdir.

Fərqli mədəniyyətlərdə qadınlar dərilərini yeniləmək və qırışları azaltmaq üçün müxtəlif maddələrdən istifadə edib. Bu maddələrin iş prinsipi tərkibində olan turşuların köməyi ilə köhnə dərini soyub yerinə yenisini çıxarması idi. Qədim Misirdə qadınlar bu məqsədlə süddən, Osmanlı imperiyasında isə limon suyundan istifadə etdikləri məlumdur. köhnə südün tərkibindəki lakton turşusu, limonda isə sitrat turşusu dərini yeniləyən əsas komponentdir. Fransız Madame Pompadous şərab vannası qəbul edərək cildini qoruyurdu. Burada isə eyni rolu tartarat turşusu götürür. Fenoldan ilk dəfə 1903-cü ildə A.B.Ş.-da çivzələri yox etmək üçün istifadə edildi. I Dünya Müharibəsi illərində üzündə barıt yanığı olan əskərlərin yarasına fenol məhlulu sürtülürdü. Əskərlər sağaldıqdan sonra dəriləri hamar görünür yara izi bilinmirdi. Bunu bilən fransız həkimləri müharibədən sonra fenol istifadə edərək qadınların üzündəki yaraları yox etməyə başladılar. Bu üsul Amerikaya çatdıqdan sonra film ulduzları arasında üz soydurmaq moda oldu. Hazırda dərini yeniləmək vasitəsi ilə fenol, sitrat turşusu, tartarat turşusu, salisil turşusu, trixlorsirkə turşusu kimi turşular istifadə olunur.

 

Fenol kəşf olunduqdan sonra onun müxtəlif tətbiq sahələrini araşdıran kimyaçılar 1907-ci ildə vacib bir kəşfə imza atdılar. ABŞ kimyaçısı L. Baekeland fenol və formaldehidin reaksiyasından sintetik mebel cilası hazırladı. Məhsul satılmadıqda isə o fenol və formaldehiddən yapışdırıcı hazırlamağa qərar verdi. Temperaturu və təzyiqi idarə etmək yolu ilə qəliblənə bilən güclü bir plastik alındı. O illərdə ona bənzər başqa bir plastik material olmadığından məhsul tutarlı oldu. Günümüzdə fenol-formaldehid qətranı olaraq bilinən bu maddə bakelit qətranı adıyla bütün dünyada satılır. Bakelit qətranı 1993-cü ildə ACS (American Chemistry Society) tərəfindən dünyanın ilk sintetik plastik kütləsi seçildi. 


Write a comment

Comments: 5
  • #1

    user (Thursday, 19 April 2018 08:05)

    http://www.oecd.org/pisa/PISA2015Questions/platform/index.html?user=&domain=SCI&unit=S623-RunningInHotWeather&lang=tur-TUR

  • #2

    user (Friday, 20 April 2018 02:48)

    https://www.futurelearn.com/

  • #3

    user (Friday, 20 April 2018 02:49)

    https://www.coursera.org

  • #4

    user (Friday, 20 April 2018 02:51)

    https://learn.edx.org/homepage/?gclid=EAIaIQobChMIhPW2-q7I2gIVzJQYCh0IogHREAAYASAAEgI9__D_BwE

  • #5

    XXX (Friday, 22 June 2018 23:04)

    https://swdb.ru/ispring-quizmaker/download/#.Wy3GIlUza01

Əlaqə:

 

 e-mail : info@kimyafobiya.org

 mobil  : (+994) 55 521 12 29

Bu resurs Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsində qalib gəlmiş "KimyaFobiya ilə Mübarizə" layihəsi çərçivəsidə hazırlanmışdır. Təhsil Nazirliyi nəşrin məzmununa görə məsuliyyət daşımır.

"KimyaFobiya İlə Mübarizə" 

© 2019. Bütün hüquqlar qorunur.

Note: Please fill out the fields marked with an asterisk.