Flüor Kimyası

(Shuay Abdulla)

 

   Salam olsun hər kəsə! Sizə maraqlı bir kiçik araşdırmamdan, öyrəndiyimdən danışmaq istəyirəm bəlkə, kimlərəsə bu mövzu istiqamət verdi. Mövzu Flüor Kimyasıdır. Flüorid turşusu haqqında yazacam çünki bunun üzərində həyatını itirən alimlər olub. Bəlkə, aranızdan bəziləri "Breaking Bad" serialına baxıbdır.Orada Jesse ölünü vannaya qoyur və flüorid turşusunu üzərindən tökür.Ona tapşırıldığı kimi, plastik çəlləyə qoymur və nəticədə vanna, eləcə də döşəmə dağılır.Eh kaşki Jesse bu kimyaçıya qulaq asardı. Nəysə, keçək mövzumuza, mən də  yavaş-yavaş açıqlayım. Bildiyiniz kimi flürod turşusu (HF) güclü turşu deyil, pKa=3.17-dir, sirkə turşusunda pKa=4.76. Amma bu turşu çox təhlükəlidir, belə ki, turşu digər xlorid və sulfat turşusu kimi deyil.Onlar dərini korroziyaya uğradır. Amma di gəl ki, bu flüorid turşusu dərini korroziyaya uğratmaqla yanaşı, dərinin dərin qatlarına doğru irəliləyir, ta ki, kalsium ionları ilə kelat əmələ gətirib neytrallaşana kimi.    Normalda bildiyiniz kimi dərini korroziyaya uğradan H+ ionlarıdır ki, bunu sadaladığım turşuların hamısı edir, amma Flüorid turşusu eyni zamanda F- ionlarını da buraxır.Həmin ionlar düşdüyü hüceyrəni məhv edir ki, buna tibbi dildə "nekroz" deyirlər, dilimizdə rusca olan qarşılığı çox yayılmışdır "qanqrena". İndi isə mən işin kimyasını aydınlaşdırım. Təbiətdə flüor, "Fluorspar" və ya "Fluorite" adlı minerallarda tapılır . Monqolustan, Cənubi Afrika ölkələrində Amerikada, Meksikada çoxlu mədənləri vardır. Bir kilosu da əgər Çindən alsanız ucuz başa gəlir hardasa 160 dollara tapmaq olur, mən ebay-də baxmışam. Bu mineralın formulu CaF2-dir və davamlı maddədir. Bu o deməkdir ki, flüor öz təbii halına can atmaq üçün sümüklərə, dırnaqlara, qığırdaqlara (daha çox boğazda) hücüm edir. 

 

 


  İngilis dilində "affinity" deyirlər, azərbaycanca bilmirəm, bəlkə də bizdə elmə daxil etməyiblər. Bu affinity kimyəvi maddənin əmələ gəlməsində iştirak edən elektronik effektdir. Ca və F arasında bu çox güclüdür. 


Write a comment

Comments: 2
  • #1

    Huseyn Babayev (Sunday, 01 January 2017 15:45)

    Affinity = hərislik

  • #2

    How To Create A Sale On Ebay (Thursday, 15 June 2017 17:03)

    Hi there! Nice post! Please tell us when I will see a follow up!

Əlaqə:

 

 e-mail : info@kimyafobiya.org

 mobil  : (+994) 55 521 12 29

Bu resurs Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsində qalib gəlmiş "KimyaFobiya ilə Mübarizə" layihəsi çərçivəsidə hazırlanmışdır. Təhsil Nazirliyi nəşrin məzmununa görə məsuliyyət daşımır.

"KimyaFobiya İlə Mübarizə" 

© 2019. Bütün hüquqlar qorunur.

Note: Please fill out the fields marked with an asterisk.