Hidrogen-peroksid

 

 

Mənbə:  www.compoundchem.com
Tərcümə: Kimyafobiya ilə mübarizə

 

    Hidrogen peroksid?

   Sizin üçün heç bir məna vermir? Aydındır, siz onun tanımırsız, amma o sizi tanıyır. Gəlin bu görünməz qəhrəman ilə tanış olaq, axı o sizi hardan tanıyır belə?

Yəqin ki, "peroksid sarısı" anlayışı sizə tanışdır. Bu anlayışın yaranmasına səbəb hidrogen-peroksiddən saçları saraltmaq üçün istifadə olunmasıdır. Lakin bu hidrogen-peroksidin çoxsaylı tətbiq sahələrindən sadəcə biridir. Hidrogen-peroksidə hətta raket yanacaqlarının tərkibində də rast gəlmək olar. Hidrogen-peroksidin saç boyalarının tərkibində istifadəsi onun oksidləşdiricilik qabiliyyəti ilə sıx bağlıdır. O saça rəng verən piqmenti yəni melaninləri oksidləşdirir, beləcə keratinin təbii sarı rəngi ortaya çıxır. Boyanın tərkibində olan Ammonyak kimi əsasi xassəli maddələrin funksiyası isə saçın üst təbəqəsini yumşaldıb, oksidləşdiricinin maleninlə reaksiyasını təmin edir.

  Qeyd etmək vacibdir ki, hidrogen-peroksidin tətbiq sahəsi təkcə saçların rəngini soldurmaq deyil, illik istehsalın təqribən yarısı oduncaq kəpəyi və kağız ağartmada tətbiq olunur. Onun bir digər tətbiq sahəsi də məişətdə istifadə olunan ağardıcıların istehsalıdır. Onların ağardıcı funksiyası hidrogen-peroksidin rəngli birləşmələrin quruluşunu pozması ilə izah olunur. Onun belə güclü oksidləşdirici olması dezinfeksiyaedici kimi istifadəsinə geniş yol açır. Apteklərdən ala biləcəyiniz 3 faizli hidrogen-peroksid məhlulu yaraların yuyulması üçün istifadə olunur. Onun yaraya tökülməsi zamanı qabarcıqların əmələ gəlməsini yəqin ki müşahidə etmisiniz. Bu qabarcıqları hidrogen-peroksidin parçalanması ilə əmələ gələn oksigen yaradır. Hidrogen-peroksid asanlıqla parçalana bildiyindən onu tünd rəngli şüşə qablarda saxlayırlar.

 

 

  Qeyd etdiyimiz kimi hidrogen peroksid raket yanacağı kimi də tətbiq olunur. 90 faiz və daha çox qatılıqlarda o oksigensiz tətbiq olunur. Lazım olan oksigen peroksidin parçalanması ilə təmin edilir. Doğrudur, raket yanacağı kimi maye oksigenin tətbiqi daha geniş yayılıb, lakin hidrogen-peroksidin də bu məqsədlə tətbiqi az deyildir. Ondan xüsusilə torpedalarda çox istifadə olunur. Məlumat üçün qeyd edək ki, Rusiyaya məxsus Курск sualtı qayığının batmasına məhz torpedadan gəmiyə sızan hidrogen-peroksid səbəb olmuşdur. Bu faciə nəticəsində 118 nəfər heyət üzvü həlak olmuşdur.


Write a comment

Comments: 0

Əlaqə:

 

 e-mail : info@kimyafobiya.org

 mobil  : (+994) 55 521 12 29

Bu resurs Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsində qalib gəlmiş "KimyaFobiya ilə Mübarizə" layihəsi çərçivəsidə hazırlanmışdır. Təhsil Nazirliyi nəşrin məzmununa görə məsuliyyət daşımır.

"KimyaFobiya İlə Mübarizə" 

© 2019. Bütün hüquqlar qorunur.

Note: Please fill out the fields marked with an asterisk.