Hisslərimizin kimyası

 

Neyronlar sinir sisteminin struktur hüceyrələridir. Sinir implusları bu hüceyrələr vasitəsilə bütün hüceyrələrə ötürülür. Bir neyrondan ifraz olunan neyromediatorlar digər neyron tərəfindən tanınır və informasiya qəbul edilir. Neyromediator- neyronların bir-biri əlaqə qurması üçün istifadə etdikləri kimyəvi maddədir. Neyromediatorlar  bütöv beyin boyunca daimi hərəkət halındadırlar. İnsan beynin sahib olduğu milyonlarca neyron tərəfindən sintez edilir və sərbəst buraxlır. Bu molekullar insanın necə hiss etməsini, hərəkətini və reaksiya verməsini tənzimləyir. Serotonin, dopamin və noradrenalin kimi bir çox növ var. Biz bunların az bir qismi tanış olacağıq.         

Dopamin:  (Həzz, mükafat və motivasiya)Yemək, cinsəllik və xoşbəxtlik  hər biri insana özünü yaxşı hiss etdirir və nəticədə insan daim onların axtarışındadır.  Bizi yaxşı hiss etdirən hər şey dopaminin beyinə olan təsiri nəticəsindədir.  Bütün neyronlar arasında  zövqlə ən çox əlaqəli olan dopamindir  (endorfindən daha çox).  Buna bəzən həzz hormonu da deyilir. Narkotik vasitələr də dopamin ifrazını artırır. Ancaq asılılıq yaradan maddələr çox istifadə etdikdə dopamin ifrazını getdikcə azaldır. Dopamin ifraz edən hüceyrələrin 60-80 faizi itkiyə uğrayanda bədəndə titrəmə, yavaş hərəkətetmə və tarazlığın pozulması halları ortaya çıxır. Bunlar Parkinson xəstəliyinin əlamətləridir.  Kimyəvi formulu belədir: C6H3(OH)2-CH2-CH2-NH2. Kimyəvi adlandırılması "DA" şəklindədir.

Oksitosin: Orqanizmin – hipofiz vəzinin hasil etdiyi uyuşdurucu təsirli hormon – neyromediator. Bəzən ona “sevgi hormonu” da deyirlər. Təbiətən bu hormon kişilərlə müqayisədə qadınlarda daha yüksək miqdarda hasil olur. Bunun da əsas səbəbi ana-övlad bağlılığını gücləndirməyə xidmət etdiyindən irəli gəlir. Oksitosin hormonu təmasdan yaranır. Toxunmaq bu hormonun artmasına səbəb olur. Təcrübələr göstərir ki, bir müddətdən sonra, yəni, insan öz sevgisinə qovuşandan sonra bu hormon azala bilir. Xüsusi ilə də evliliyin bir ilindən sonra adətən bu hormon azalır . Bu hormonlarla yanaşı, beyində feniletamin və amfetamin maddələri də sintez olunur və bu maddələrin sintezi bədəndə metabolizmi artırır. Bu səbəbdən sevən insan narahatlıq keçirir, iştahdan kəsilir, yuxusu qaçır. Sevdiyi insanın diqqətsiz davranması ona narahatlıq verir. Bütün diqqəti sevdiyi adamda olur. Bu da həmin hormonların verdiyi fəsadlar hesab olunur.

Endorfin – Endorfinin digər adı “Sevinc hormonu” və ya “Həzz hormonu” kimi qəbul edilir. Həyəcan, ağrı, məşq  kimi vəziyyətlərdə daha yüksək şəkildə ifraz olunur. İdmanla məşğul olarkən böyrəküstü vəzilərində adrenalinin ayrılma prosesi baş verir. Bu zaman əzələlərdə ağrılar hiss olunmağa başlayır və nəticədə endorfin ifraz olunur. Endorfin hormonu xoşbəxtlik hisslərinin yaranmasına gətirib çıxarır. Kimyəvi quruluşuna görə narkotik analgetik olan morfiyə daha çox bənzəyən bu maddə insanın rahatlanmasına səbəb olur. Endorfinin təsiri insana hər şeyi unutdurur. Ətrafdan eşitdiyi heç bir söz ona təsir etmir. Eyforiya vəziyyəti alır.

           Anandamid: (etanolamid araxidon turşusu)Yemək davranışının tənzimlənməsində motivasiya və məmnuniyyət hissi meydana gəlməsində iştirak edir.

Serotonin: Xoşbəxtlik hormonu olaraq bilinir. Aclıq, yorğunluq, stress, qida və  işıq kimi faktorlar  insan bədənində serotonin səviyyəsinə təsir göstərir. Serotonin xoşbəxtlik və sakitlik hissi ilə yanaşı yaddaş mexanizmində də böyük rol oynayır. Serotonin azalması depresiyaya gətirib çıxarır. Neyromediator serotonin insanın əhvalına, iştahasına və yuxusuna olduqca böyük təsir edir. Orqanizmdə serotoninin səviyyəsi azaldıqda insanda diqqətsizlik, huşsuzluq, əhvalın səbəbsiz pisləşməsi, iştahasızlıq, əsəbilik kimi pozulmalar əmələ gəlir. Serotoninin azalması həmçinin depressiya, panika kimi ağır pozulmaların  yaranmasına səbəb ola bilər.

Noradrenalin və adrenalin: Noradrenalin(norepinefrin) beyinden ifraz olunur ve böyrəküstü vəzlərinden ifraz olunan adrenalin(epinefrin) sintezini stimulə edir. ovuclarda tərləmə, ürək ritmində sürətlənmə, göz bəbəklərində böyümə  meydana gətirir. Noradrenalin beyinin diqqət və çevrəyə cavab vermə ilə əlaqəli bölmələrinə təsir göstərir. Aşiq olan birinin zehnini toparlaya bilməməsı, həmişə fikri dağınıq olması və ətrafındakı hadisələrə gec reaksiya verməsi və ya verməməsinin əsas səbəbi yüksək noradrenalin ifrazıdır. Adrenalin və noradrenalin birlikdə ürək döyüntülərini, qanda qlükoza miqdarını və skelet əzələlərinə gedən qan axınını artıraraq "qaç ya da döyüş" (flight or fight) cavabının təməlini meydana gətirirlər. Beyində noradrenalin səviyyəsinin artmasıyla xoşbəxtlik artır, iştah isə azalır. Beləliklə, aşiq olduğumuzda iştahdan kəsilməyimizin və xoşbəxtliyimizin səbəbi budur.

GABA: Gamma-aminobutyric turşusu - ən əsas beyin neyromediatorlardan biridir.Ən çox aşkar edilən inhibitor nörotransmitterdir. Bu, çox sayda beyin bölgəsini istifadə edir və neyronlarda elektrik fəaliyyətinin baş verməsinə imkan verən ion kanallarını açır.

        Glutamat: Beyində ən geniş yayılmış uyarıcı neyromediatordur.  Öyrənmə və yaddaşda çox vacib rol oynayır.

       Kortizon ( hidrokortizon ) : Stress və iltihabı aradan qaldıran və qlükoza sintezini  hərəkətə gətirən sistemləri aktivləşdirir.

       Melatonin: Melatonin olaraq bilinən N-asetil-5-metoksi triptamin gecə və gündüzün sirkat ritmini təyin edir. Epifiz vəzisinin pineolasit hüceyrəsindən ifraz olunur. Elektromaqnit sıxlığı artdıqca onun ifraz olunması azalır. İnsan bu hormon sayəsində yuxuya gedir. İnsanda yorğunluğu artırır. Bu proses saat 23:00-dan 05:00-dək gedir. İfraz olunması işıqda azalır, qaranlıqda isə artır. Melatonin hormonunun yaşlanmağa gecikdirici təsiri də vardır.

       Asetilkolin ( N, N, N-trimetil-2-aminoetanol asetat) : Neyronlar və əzələ hüceyrələri arasında hərəkət edərək əzələlərin istirahətini təmin edir. Mərkəzi sinir sistemində uyanma diqqət və bəzi sensor funksiyalarda rol oynayır.

 

 

Əlaqə:

 

 e-mail : info@kimyafobiya.org

 mobil  : (+994) 55 521 12 29

Bu resurs Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsində qalib gəlmiş "KimyaFobiya ilə Mübarizə" layihəsi çərçivəsidə hazırlanmışdır. Təhsil Nazirliyi nəşrin məzmununa görə məsuliyyət daşımır.

"KimyaFobiya İlə Mübarizə" 

© 2019. Bütün hüquqlar qorunur.

Note: Please fill out the fields marked with an asterisk.