Kimya və Kimya mühəndisliyi

 

Elmi məzmunu

Kimya elmi sahədir hansıki üzvi, qeyri-üzvi, analitik, fiziki kimya  və bio-kimya kimi sahələri özündə birləşdirir. Kimyəvi araşdırmalar və kimyəvi yeniliklər (ixtiralar)  bu sahələri əhatə edən araşdırmalar olmalıdır. Kimya mühəndisliyi bu sahələrlə yanaşı həmçinin istilikötürmə, maye dinamikası, avadanlıqların dizaynı və s. sahələridə əhatə edir.

 

Diqqət

Kimyaçıların diqqət etdiyi məsələlər yeni maddələrin alınması və ya artıq aşkarlanan madələrin dərin araşdırılması, maddələrin kimyəvi və fiziki keyfiyyətlərinin daha dərindən araşdırılması, təcrübələr apararaq bilinməyən məlumatların əldə edilməsi və teoremlərin, formullların test edilməsidir.

Kimya mühəndislərinin diqqət etdiyi məsələlər isə kimyaçılar tərəfindən əldə olunmuş bilgilər əsasında yeni məhsulların alınmasıdır.Bəzən daha keyfiyyətli məhsul istehsal edən yeni qurğuları dizayn edirlər. İstehsalatda prosesin gedişatında və ya qurğularda yaranan problemləri də həll etməlidirlər.

 

Kimya və Kimya mühəndisliyi fərqlər

 

İş yerləri

 

Kimyaçılar daha çox laboratoriyalarda işləyirlər, çünki kimyəvi analizlər, elmi araşdırmalar etməlilər və materialları dahada təkmilləşdirməyə diqqət yetirməlidirlər. Təhsil ocaqlarında və zavodlarda xüsusi araşdırmalar tələb edən sahələrdədə işləyirlər.

Kimya mühəndisləri zavodlarda işləyirlər. Elmi araşdırmaları istehsalata tətbiq etməlidirlər. Bəzən ehtiyac olarsa kimyaçılarla birlikdə laboratoriyalarda işləyirlər. Universitetlərdə tələbələrlə öz biliklərinin paylaşan kimya mühəndisləridə mövcuddur.

 

Ölçü

 

Kimyaçılar kiçik ölçülü materiallarla işləyirlər, onların üçün lazımı avadanlıqlar laboratoriya eynəyi, laboratoriya masası, laboratoriya köynəyi və s.-dir.

Kimya mühəndisləri istehsalat sahələrinin ləvazimatları ilə işləyir, böyük ölçülü proseslərə nəzarət edirlər.

Kimyaçılar yeni maddələr araşdırmaq və yeni məhsulları laboratoriyaya uyğun ölçüdə hazırlamaqdır. Məsələn, kimyəvi preparatlar, dərmanlar, neft məhsulları, propilen, kauçuk rezin və s.  Mühəndislər yuxarıda qeyd olunmuş məhsulları çoxsayda və insan istifadəsinə uyğun şəkildə istehsal edirlər. Beləliklə, həmin məhsullar asan tapıla bilir.

 

Kimya və kimya mühəndisliyi fərqlər

Tanınması

 

Ətrafımızdakı çox insan kimyaçıların nə işlə məşğul olduqlarını az və ya çox başa düşürlər və onları tanıyırlar, çünki orta məktəbdə "kimya" fənni keçiblər.

Amma, kimya mühəndisləri kimyaçılar qədər tanınmırlar və nə ilə məşğul olduqaları bir qədər müəmmalıdır.

Çox gümanki, hər iki sahəyədə Nobel mükafatı daha çox diqqət artırar. Kimya üzrə Nobel mükafatı 1901-ci ildən indiyə kimi 166 elm adamına verilib, amma mən elə fikirləşirəmki onlardan sadəcə 6-sı kimya mühəndisləri olublar. Koichi Tanaka, Jon B. Fenn, Kurt Wuthrich, Linus Carl Pauling, William Francis Giauque və Robert H. Grubbs.

Kimya mühəndisləri öz sahələrini tanıtmaq üçün daha çox çalışmalıdırlar.

 

Tarixi

 

Kimya elmin kökü bir neçə əsr bundan qabağa dayanır və tarixi elm sayılır. Keçmiş sivilizasiyaların praktiki kimya biliklərinin olduğu qazıntılar və tarixi araşdırmalar nəticəsində məlum olub. Keçmiş insanlar metalurgiyada, dulusçuluq sahəsində və boyaçılıqda ilkin kimyəvi biliklərdən istifadə ediblər. Kimya elm kimi inkişaf etməyə 16-cı əsrdə başlayıb. Robert Boyl ilk kimya alimlərindəndir və onun Boyl qanunu ilk kimya qanunlarından biridir.

Kimya mühəndisliyi ilk dəfə 18-ci əsrdə Georg E. Davidin əsərində "Kimya mühəndisliyi" yazmasıyla ortaya çıxıb. Kimya mühəndisliyinin vacibliyi 1-ci dünya müharibəsindən sonra daha çox anlaşıldı və 1922-ci ildə ilk kimya mühəndisliyi cəmiyyəti yaranmağa başladı.

 

Müxtəliflik

 

Kimya sahəsində işləyən kişi və qadınların sayı nisbətən eynidir. Bir neçə il bundan qabaq İngiltərədə aparılan araşdırmaya görə kimyaçıların 42 %-i qadındır.

Kimya mühəndisiliyi ixtisasında təhsil alanların dörddə biri qadındır. Bu nəticə çoxda yüksək rəqəm deyil, amma digər mühəndislik sahələriylə müqayisə etdikdə, ən çox qadın mühəndis sayısı kimya mühəndisliyi sahəsindədir.

Bunu demək vacibdirki, kimyaçı ilə kimya mühəndisi yüksək nəticə almaq üçün birlikdə işləməyi bacarmalıdırlar. Əməkdaşlıq bizim işin sütunudur.

 

Kimya mühəndisliyi cəmiyyətləri

 

Bir çox elmi və mühəndislik sahələrinin olduğu kimi, kimya mühəndisliyinin də özünəməxsus cəmiyyətləri var. İlk öncə bu sualdan başlayaq, cəmiyyət nədir?

Cəmiyyətlər xüsusi bir ixtisasla məşğul olan insanların üzv olduğu qurumlardır. Onların əsas vəzifəsi birlikdə layihələr hazırlamaq və ya digər ixtisas yönümlü işlərlə məşğul olmaqdır. Şirkətlər və işçilər arasında əlaqə yaratmaq və dəyərli məlumatlar paylaşmaqda onların əsas vəzifələrindən biridir. Həmçinin, xarici ölkədən tanışlar qazanmaq və onların köməyi ilə inkişaf etmək xüsusilə yeni dil öyrənmək üçün bu günümüzdə sıx-sıx istifadə olunur. Bir mühəndisin belə cəmiyyətlərdən birinə üzv olması onun sosiyal-aktiv olmasına dəlalət edir. Bundan başqa, qabaqcıl şirkətlər işə götürərkən cəmiyyətlərə üzv olan namizədlərə üstünlük verirlər. Məşhur cəmiyyətlərə SPE, İCHEME-ni misal göstərə bilərik. SPE neft-qaz mühəndisliyi və ya həmin sahəyə marağı olan şəxslər üçündür, dəyərli məlumatlar və maraqlı fəaliyyətləri ilə yadda qalırlar. İCHEME isə kimya mühəndisləri üçündür və çox məşhur cəmiyyətlərdən biridir. Təbiiki onların fəal üzvü olmaq çox şey qazandırır və müsbət addım sayılır. Onlara üzv olmaq üçün müəyyən qədər maliyyə tələb olunur, təxminən 20-100 dollar arası. Amma pulsuz üzv ola biləcəyimiz cəmiyyətlərdə var, məsələn, SPE.

1) İCheme ( İnstitution of Chemical Engineers, Birləşmiş Krallıq) - ilk kimya mühəndisliyi cəmiyyətdir, 1922-ci ildə yaradılıb. Hazırda dünyada ən məşhur və mühəndislərə xeyir verən cəmiyyətlərdən biri sayılır. http://www.icheme.org/

2) AiChE ( American Institute of Chemical Engineers )- https://www.aiche.org/

3) EFCE (European Federation of Chemical Engineering )

4) SCEJ (Society of Chemical Engineers, Japan. -

Yaponiya) http://www.scej.org/en/

5) DECHEMA(Gesellschaft für Chemische Technik und Biotechnologie, Almaniya) - https://dechema.de/

 

Kimya mühəndislərinin vəzifələri və üzləşdiyi problemlər

 

Məsuliyyətlər

1. Kimya mühəndisləri (Proses mühəndisləri) istehsalat prosesini minumum sərfiyyatla maksimum məhsul əldə etməyi üçün dizayn edirlər.

2. Kimya mühəndisləri (Proses mühəndisləri) temperaturu, təzyiqi, axın sürətini və vaxtı optimallaşdırmalı və ən yaxşı şəraitə uyğunlaşdırmalıdırlar.

3. Təhlükəsizlik, risk faktorlarını nəzərə alaraq istehsalat prosesini dizayn etməlidirlər.

4. Proses zamanı problemlər yaranarsa həmin problemləri aradan qaldırmalıdırlar. 

5. İstehsalat zamanı şəraitə ən çox uyğun gələn qurğulardan istifadə etməlidirlər.

6. Təbiətə minimum dərəcədə zərər verən proseslər yaratmalı və ya yenidən dizayn etməlidirlər.

 

Problemlər

1. Kimya mühəndisliyi (Proses mühəndsiliyi) sahəsində bilikli və bacarıqlı mühəndislərin digər mühəndsilik növlərindən nisbətən az olması, əməkdaşlıq tələb edən proyektlərdə çətinlik yaradır.

2. Bəzi zavod və fabriklərdə istehsal olunan maddənin və ya istehsalat prosesində iştirak edən maddələrin insan sağlamlığına zərərli olması, iş şəraitində problemlər yaradır.

 

Massachusetts Institute of Technology (MİT) universitetinin "Kimya mühəndisliyi nədir?

 

MİT universiteti hazırda dünya üniversitetləri arasında reytinqinə görə birinci yerdədir. Bu universitet Amerikada yerləşir və hər il yüzlərlə mühəndis və alim yetişdirir. Beynəlxalq reytinq agentlikləri tərəfindən hazırda "Kimya mühəndisliyi"-nin ən yaxşı tədris olunduğu universitet hesab olunur.

Həmin universitetin "Kimya mühəndisliyi nədir?" məqaləsini sizlərlə bölüşürəm.

Kimya mühəndisliyi mühəndislik və molekulyar elm arasında xüsusi yeri var. Bu sahənin kimya, biologiya, riyaziyyat, fizikanın əsasları ilə bağlılığı var, bundan başqa kimya mühəndisliyinin material balansı, kompüter elmləri, mexanika mühəndisiliyi, elektrik mühəndisiliyi, inşaat mühəndisliyi ilə bəzi ortaq cəhətləri var. Kiimya mühəndisliyi məzunlarının çox gözəl işlərlə məşğul olmağı üçün böyük imkanları var.

Ənənəvi kimya mühəndisliyinin yanacaqların tərkibi və enerji sistemləri ilə bağlılğı var, amma bugünün kimya mühəndisliyinin dərman istehsalı, biotexnologiya, mikroelektronika, mürəkkəb materiallar, enerji, istehlak edilən məhsullar, istehsalat və ekeloji həllərlə başçılıq edən sahədir. Yeni nəsil kimya hühəndsiliyi sahibkarlar kimi təlim keçirlər hansıkı yeni, inovativ biznes sahələri yaradıblar. Şübhəsizki, bunun sübutu kimya mühəndislərinin aparıcı qlobal biznes sahələrinin yaradıcıları olmasıdır, məsələn 3M, DuPont, İntel, General Electric, Union Carbide, Dow Chemical, Exxon, BASF, Gulf və Texaco. 

Kimya mühəndsiliyi sahəsində bakalvr və bakalavr sonrası elmi dərəcəsi olan insanlar, sənayedə, akademiyalarda, danışmanlıkda, hüquq, tibb, maliyyə və digər sahələrdə işləyirlər.  Ətraflı məlumat üçün: İnistute of Chemical Engineering (AİCHE)-https://www.aiche.org/ . AİChE ona üzv olan məhsuldar şirkətlərin onlayn məlumat bazasını paylaşır. Chemical Engineers in action- https://www.aiche.org/community/students/career-resources-k-12-students-parents/what-do-chemical-engineers-do , səhifəsi kimya mühəndislərinin edə biləcəyi bir çox sahəni qeyd edir.

 

 

Kimya mühəndisi və ya proses mühəndisi olmaq istəyənlər üçün bilinməsi gərəkən vacib mövzulardan biri olan kütlənin ötürülməsi əməlliyatı haqqında ümumi məlumat:

 

 

Kütlənin bir yerdən digər yerə ötürülməsi prosesi sənayedə mühüm əhəmiyyət daşıyır. Kütlənin ötürülməsi axın şəklində, fazaların dəyişilməsi nəticəsində ötürülə bilir. Kütlənin ötürülməsi bir çox sənaye proseslərində, məsələn, absorbsiya, buxarlanma, qurutma, çöküntü, membran filtrasiyası və distillasiya proseslərin mühüm tərkib hissəsidir. Kütlə ötürülməsi müxtəlif mexaniki prosesler də tətbiqi üçün elm adamları tərəfində araşdırılır. Kütlə ötürülməsi prosesinə misal kimi, suyun müəyyən qabdan atmosferə buxarlanmasını, qanın ağ ciyərdə və böyrəklərdə təmizlənməsini, spirtin distillasiyasını göstərə bilərik. Sənayevi proseslərdə isə, kütlə ötürülməsi əməliyyatlarına, kimyəvi maddələrin distillasiya kolumundan ayrılmasını, absorberlərin növləri olan təmizləyici absorberləri və soyucu absorberləri, həmçinin, aktivləşdirici adsorber yataqlarını, maye-maye ayırıcılarını misal göstərə bilərik. Sənayedə olan soyuducu qüllələrdə kütlə ötürülməsi ilə yanaşı maddələrin daşınması əməlliyatları birlikdə həyata keçirilir. Soyuducu qüllələrdə istiliyi kütlənin ötürülməsi vasitəsilə daşıyırlar. İsti suyu hava ilə əlaqəyə keçməsinə şərait yaradaraq onu soyutmaq olar.

Əlaqə:

 

 e-mail : info@kimyafobiya.org

 mobil  : (+994) 55 521 12 29

Bu resurs Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsində qalib gəlmiş "KimyaFobiya ilə Mübarizə" layihəsi çərçivəsidə hazırlanmışdır. Təhsil Nazirliyi nəşrin məzmununa görə məsuliyyət daşımır.

"KimyaFobiya İlə Mübarizə" 

© 2019. Bütün hüquqlar qorunur.

Note: Please fill out the fields marked with an asterisk.