Azərbaycan Kimyasının Qısa Tarixi

(I Hissə)

 

    Azərbaycan kimyasının vəziyyətinə aid ilk yazılı materiallar XIX əsrə aiddir. Azərbaycan kimyasının inkişafı XIX əsrin II yarısında yaranıb inkişaf edən neft sənayesi ilə bağlıdır. Bakının neftayırma zavodları xarici ölkələrdəki zavodlarla asanlıqla rəqabət apara bilirdi. Bu dövrdə Bakı nefti üzərində aparılan bütün elmi tədqiqat işləri Rus alimlərinin adi ilə bağlı idi. Mövsüm bəy Xanlarov adı bu siyahıda çəkilən ilk ali təhsilli azərbaycanlı oldu. Kimyanın sonrakı inkişafı özünü qeyri-neft sektorunda da göstərməyə başladı. Bu məqamda 1879-cu ildə yaradılan Rus Texniki Cəmiyyətinin Bakı Şöbəsinin adı xüsusi ilə qeyd olunmalıdır. Məhz bu qurumun fəaliyyəti nəticəsində dünyada ilk dəfə olaraq fasiləli işləyən distillə qurğusundan fasiləsiz işləyən distillə qurğularına keçilmişdir. Bu cəmiyyət daxilində Rus alimləri M. Xanlarov, S. Qənbərov, İ. Əmirov, V. Məlikov kimi yerli alimlər ilə birlikdə çalışırdılar. XX əsrdə artıq vəziyyət daha da yaxşılaşırdı. Belə ki, bu dövrdə Bakı zavodlarında çalışan 60-70 ali təhsilli mütəxəsisdən 16-si azərbaycanlı idi. İkinci dünya müharibəsinin başlanması ilə kimya sənayesi öz işlərini partlayıcı maddələrin istehsalı istiqamətinə yönəltdi. Lakin ümumi vəziyyət yaxşılığa doğru dəyişmədi. Təkcə onu qeyd edək ki, 1919-cu ildə mövcud neft emalı zavodlarından yalnız 18-i işləyirdi.

   Sovetlər birliyinin yaranması ilə ölkəmizdə yerli kadrların hazrlanması işi inkişaf etdirildi. 1931-ci ildə Sadiq Hüseynov tərəfindən azərbaycan dilində kimyadan ilk texnologiya lüğəti yazıldı. 1920-ci ildə "Azneft"-in nəzdində  E. Qurviçin rəhbərlik etdiyi Mərkəzi Kimya Laboratoriyası yaradıldı. 1929-cu ildə bu laboratoriyanın bazasında Azərbaycan Neft Tədqiqat İnstitutu təsis edildi. 1945-ci ildə bu institut Azərbaycan Elmi Tədqiqat Neft Emalı İnstitutu və Azərbaycan Elmi Tədqiqat Neftçıxarma İstitutlarına ayrıldı. 1959-cu ildə Azərbaycan Elmi Tədqiqat Neftçıxarma İnstitutu və Azərbaycan EA Neft İnstitutu birləşdirilərək indiki Neft-kimya Prosesləri İnstitutu yaradıldı.

   XX əsrin 30-cu illərindən başlayaraq tətbiqi kimyaya paralel olaraq nəzəri kimyanın və ilk əvvəl kimya texnologiyasının inkişafı başladı. Bu dövrdə Yusif Məmmədəliyev tərəfindən ilk dəfə olaraq benzolu alüminium-xlorid katalizatorunun iştrakı ilə metil-xloridlə alkilləşdirərək toluolu yüksək çıxımla sintez edilmiş və bu prosesin sənayedə tətbiqinə nail olunmuşdur. Bu müharibə illərində partlayıcı maddələr istehsalı üçün gözəl imkan yaratmışdı. Kimya elmi sənayesində əldə etdiyi çoxsaylı nailliyyətlərini nəzərə alaraq demək olar ki, Yusif Məmmədəliyev Azərbaycanda neft kimyası və sintez sənayesinin banisidir.

   M.Nağıyev XX əsrin 30-cu illərində kimya texnologiyasının riyazi modelləşdirilməsi problemlərinin həlli istiqamətində böyük işlər gördü. M.Nağıyev həmçinin resurkilyasiya proseslərinin nəzəri əsaslarının yaradıcısıdır. 1965-ci ildə M.Nağıyevin rəhbərliyi ilə Neft Kimya Prosesləri İnstitunun nəzdində Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutu yaradılmışdır. Bütün bunlara əsaslanaraq demək olar ki, kimya sənaye komplekslərinin riyazi modelləşdirilməsində  sistemli yanaşmadan istifadə edilməsi ilk dəfə M.Nağıyevin işlərindən başladı. Elmə verdiyi tövhələrin nəticəsi olaraq o 1969-cu ildə o Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.

   Aşqarların sintezi və xassələrinin öyrənilməsi məqsədi ilə 1948-ci ildə Azərbaycan Elmi Tədqiqat Neft Emalı İnstitutunun tərkibində Aşqarlar Laboratoriyası ılmış, 1965-ci ildə bu laboratoriyanın bazasında Aşqarlar Kimyası İnstitutu yaradılmışdır. Azərbaycanda Aşqarlar Kimyasının yaradıcısı  Ə. Quliyev sayılır. O, bu sahədə gördüyü işlərinə görə  SSRİ dövlət mükafatına layiq görülmüşdür. (Ardı olacaq)


Write a comment

Comments: 0

Əlaqə:

 

 e-mail : info@kimyafobiya.org

 mobil  : (+994) 55 521 12 29

Bu resurs Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsində qalib gəlmiş "KimyaFobiya ilə Mübarizə" layihəsi çərçivəsidə hazırlanmışdır. Təhsil Nazirliyi nəşrin məzmununa görə məsuliyyət daşımır.

"KimyaFobiya İlə Mübarizə" 

© 2019. Bütün hüquqlar qorunur.

Note: Please fill out the fields marked with an asterisk.