Kitab ətri


Hamımız yaxşı bilirik ki, çap maşınından yenicə çıxmış kitab qoxusunu heç nə ilə müqayisə etmək olmaz. Onun ətri kitabxana rəfində illərlə qalan kitablardan kəskin fərqlənir. İstər yeni istər köhnə kitab özünə məxsus xoş ətrə malikdir. Gəlin kitablardan gələn ətrin kimyasına baxaq.
Yeni və ya köhnə kitablar yüzlərlə uçucu üzvi maddələrdən təşkil olunmuş özünə məxsus qoxuya malik olurlar. Bu maddələrdən bəziləri kitab vərəqlərinin parçalanmasından (xüsusən köhnəlmiş kitablarda), bəziləri vərəqlər üzərində işləmələr zamanı eləcə də tipoqrafik rənglər, ağardıcılar və yapışqanın təsirindən yaranır.


Köhnə kitabların qoxusu


Kitabların qocalması zamanı kağızın tərkibində olan sellülozanın və liqninin  zamanla parçalanması baş verir ki, bu da uçucu üzvi maddələrin alınması ilə müşahidə olunur. Kitab yaşının çox olması onun tərkibində liqnin maddəsinin çox olmasından xəbər verir. Belə ki, qədim kitablar bu maddə ilə daha zəngindir. Asan parçalanıb, vərəqin ömrünü qısaltdığı üçün günümüzdə yüksək keyfiyyətli kağızların təkibindən liqnin kənarlaşdırılır. Maraqlıdır ki, Furfural kimi bəzi maddələrin miqdarına görə köhnə kitabların saxlanma şəraiti və yaşı ilə bağlı fikrə sahib olmaq mümkündür. Bir qayda olaraq köhnə kitablarda və aşağı keyfiyyətli mətbəə kağızlarında bu maddənin miqdarı çox olur. Kitabdan furfurala məxsus badam iyini xatırladan qoxunun gəlməsinə görə bunu təyin edə bilərsiniz.


Köhnə kitablara qoxu verən əsas maddələr:


vanilin - vanil qoxusu
2-etilheksanol -  çiçək qoxusu
etilbenzol - şirintəhər qoxu
benzaldehid - badam qoxusu
furfural - badam qoxusu


Yeni kitab qoxusu


Müxtəlif yeni kitabların qoxusu bir-birindən kəskin fərqlənir. Buna tipoqrafik rəng və yapışqan kompozisiyalarının tərkib fərqliliyi, eləcə də kağızın ağardılma üsulu da təsir edir. Hazırda ən geniş yayılmış tipoqrafik yapışqan etilen ilə vinilasetatın sopolimeridir. Kağızın ağardılması üçün xlor, hidrogen-peroksid və ozon kimi müxtəlif maddələr tətbiq edilir. Ağartma məqsədilə istifadə edilən belə maddələr xarakterik uçucu birləşmələr əmələ gətirməklə sellülozanı parçalaya bilər.

Ümumiləşdirsək, müxtəlif kitablardan gələn ətir müxtəlif olur və bu heç də hansısa bir maddənin ətri olmayıb, müxtəlif maddələrin birgə yaratdığı iydir. Həmin qoxu kağızın materialı, kağızın emal texnologiyası və kitabın saxlanma şəraitindən asılı olaraq müxtəlif  ola bilir.

 

Bu mövzuda daha çox məlumat almaq və adı çəkilən birləşmələrin kimyəvi formullarını öyrənmək üçün saytımızın İNFOQRAFİKLƏR bölməsini ziyarət edin.

Əlaqə:

 

 e-mail : info@kimyafobiya.org

 mobil  : (+994) 55 521 12 29

Bu resurs Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsində qalib gəlmiş "KimyaFobiya ilə Mübarizə" layihəsi çərçivəsidə hazırlanmışdır. Təhsil Nazirliyi nəşrin məzmununa görə məsuliyyət daşımır.

"KimyaFobiya İlə Mübarizə" 

© 2019. Bütün hüquqlar qorunur.

Note: Please fill out the fields marked with an asterisk.