Kofeinsizləşdirilmiş

KOFE

 

                Kofein çay, kofe, şokalad kimi təbii məhsullarda rast gəlinən, soyuq içkilərə və bəzi qidalara əlavə kimi qatılan oyadıcı , həyəcanlandırıcı təsirə malik bir maddədir. O dünyada ən çox istifadə edilən dərman da sayıla bilər. Müxtəlif kofe növləri özündə müxtəlif miqdarlarda kofein saxlayır. Növündən asılı olaraq təbii məhsulda kofeinin miqdarı hər fincanda 110-150 mq arasında dəyişir. Dəmlənmədən sonra isə hər fincanda 40-108 mq kofein qalır. Bəzi insanlar kofeinin təsirinə məruz qalmaq istəmədikləri üçün el məclislərində, dini mərasimlərdə kofe içərkən tərkibində kofeinin az olmasına üstünlük verirlər. Bu səbəbdən onlar hər fincanda 2-4 mq kofein saxlayan kofeinsizləşdirilmiş kofe içirlər.

Bəs kofeinsizləşdirmə nədir və necə aparılır?

                Tərkibindəki kofeinin 97%-i çıxarılmış kofe   kofeinsizləşdirilmiş kofe sayılır. Kofedən kofeinin çıxarılmasının sənayə üsullarından biri "birbaşa təmas" üsuludur. Bu metodda qovrulmamış kofe dənələri əvvəlcə qaynar buxar ilə yumuşaldılır sonra kofeinsizləşdirici agentin təsirinə məruz qoyulur. Belə agentlərdən biri digər adı metilen xlorid olan dixlormetandır (CH2Cl2). Həmin dənələr dixlormetan daxilinə salındıqda dixlormetan dənələrin tərkibindəki kofeini özündə həll edərək kənarlaşdırır.

                Sübut edilmişdir ki, dixlormetan konserogendir. Bu səbəbdən kofeinsizləşmiş kofedə onun yol verilən miqdarı 0,1 ppm qəbul edilib. Ümumiyyətlə isə dixloretanın daxilə qəbulu yol verilən maksimum miqdarı 10 ppm olub bundan 100 dəfə böyükdür. Miqdar az olsa da mütəmadi qəbul zamanı sağlamlıq üçün təhlükə yarada biləcəyini unutmamaq lazımdır. Bu səbəbdən alimlər bu iş üçün yeni agentlərin axtarışını davam etdirir.

                Cari metodun ən yaxşı alternativi karbon-dioksidlə kofeinsizləşdirməkdir. Bu metodda yumuşaldılmış kofe dənələri temperatur və yüksək təzyiq altında olan karbon-dioksid daxilinə salınır. Dənələrin daxilinə nüfuz edən karbon-dioksid maye halda olduğu üçün kofeini özündə həll edə bilir. Prosesin sonunda karbon-dioksid dənələrdəki kofeinin 97%-ni çıxarmış olur. Qızdırıldıqda qaz halına keçdiyi üçün özü də kofe daxilində qala bilmir. Bu metodla alınan kofeinsizləşdirilmiş kofedən istifadə edərkən onun tərkibində ola biləcək dixlormetana görə narahat olmaq lazım gəlmir.

 

Bu məqalə Vəli Əliyev tərəfindən "KimyaFobiya ilə Mübarizə" üçün hazırlanmışdır.     

 


P a y l a ş  . . .


Write a comment

Comments: 0

Əlaqə:

 

 e-mail : info@kimyafobiya.org

 mobil  : (+994) 55 521 12 29

Bu resurs Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsində qalib gəlmiş "KimyaFobiya ilə Mübarizə" layihəsi çərçivəsidə hazırlanmışdır. Təhsil Nazirliyi nəşrin məzmununa görə məsuliyyət daşımır.

"KimyaFobiya İlə Mübarizə" 

© 2019. Bütün hüquqlar qorunur.

Note: Please fill out the fields marked with an asterisk.