Kimyəvi maddələrin şüalanma (lüminessensiya) xassələri

 

Lüminessensiya hadisəsi atom sisteminin həyəcanlanmış haldan əsas hala keçməsi ilə əlaqədar baş verir. O2 , S2 , J2 buxar və qazları, nadir torpaq elementlərinin duzu, benzol sırası birləşmələri, aromatik birləşmələr (naftalin, antrasen və s.) müxtəlif növ boya maddələri, ağır metallardan aşqarı olan qeyri-üzvi kristallar (məsələn, tərkibinə CuCl2 , yaxud MnCl2 daxil edilmiş ZnS) kristalofosforlar lüminessent maddələr hesab olunur.

Kimyəvi maddələrdə müşahidə olunan lüminessensiya hadisələri:

-         Flürosensiya

-         Fosforosensiya

-         Tribolminessensiya

 

Flürosensiya ilk dəfə mineral maddələrdə 1852-ci ildə Corc Qabriel Stok tərəfindən müəyyən olunmuşdur.  Flürosensiya hadisəsi udulan elektromaqnit şüası enerjisinin daha uzun dalğa uzunluqlu şüa formasında emissiya olunmasına əsaslanır. Belə dalğa uzunluğu dəyişikliyi insan gözündə rəng dəyişikliyi ilə müşahidə olunur. 70-dən çox mineral maddələrdə flüoresensiya hadisəsi müşahidə olunmuşdur:

           Dolomit (CaCO₃•MgCO₃),

             Kalsit (CaCO3),

             Flüorit (CaF2),

             Adamit (Zn2(AsO4)(OH)),

             Apatit (Са5[PO4]3(F, Cl, ОН)) və s.

 

Mineralların çoxu bir rəngdə flürosensiya edir, lakin kalsit mineralı qırmızı, göy, ağ, çəhrayı, yaşıl, narıncı rənglərdə flürosensiya edə bilir. Bəzi minerallar da vardır ki, UB şüanın dalğa uzunluğndan asılı olaraq müxtəlif rənglərdə görünə bilir.

 

Fosforosensiya mineral maddənin atom quruluşunda elektronların işıq fotonunun təsirindən daha böyük enerjili atom səviyyəsinə keçməmişdən öncə daha uzun müddət həyəcanlanmış orbital səviyyəsində qalması ilə izah olunur. Belə xassəsi olan minerallar işıq mənbəyi kəsiləndən az sonra belə qaranlıqda işıq saça bilirlər. Belə kimyəvi maddələrə aiddir:

                                     Kolemanit (Ca2B6O11·5H2O)

               Selestit (SrSO4)

  Sfalerit

 Flüorit

                                                        Kalsit

                             

 

Fosfor elementinin qaranlıqda işıq saçması isə fosforosensiya deyil, fosforun oksidləşməsi hesabına baş verən xemilüminessensiya hadisəsinə əsaslanır.

 

Flüoresent və fosforosent maddələr qaranlıqda UB şüası (insan gözü ilə görünməyən) ilə şüalandırıldıqda işıq saça bilir.

 

Termolüminessensiya temperaturun təsirindən şüalanan maddələrdə müşahidə olunur: 

                 Lepidolit (K(Li,Al,Rb)2(Al,Si)4O10(F,OH)2)

                          Skalpolit (Na4(AlSi3O8)3Cl) + (Ca4(Al2Si2O8)3(CO3, SO4))

                 Apatit

                 Kalsit

                 Flüorit

 

Tribolüminessesnsiya. Kvars (SiO2), Pektolit (NaCa2Si3O8(OH), Kalsit, Flüorit, Lepidolit, Sfalerit, və bəzi Feldspar KAlSi3O8 – NaAlSi3O8 – CaAl2Si2O8 mineralları mexaniki enerinin təsirindən (əzmək, cızmaq, qırmaq və ya zərbə ilə təsir etməklə) şüalana bilir. Bu hadisə mineralların daxili quruluşunda rabitənin mexaniki təsir nəticəsində qırılması hesabına baş verir.

 

 

N.Qocayev “Umumi_fizika_kursu-_Optika” -_IV_cild.pdf

https://geology.com/articles/fluorescent-minerals/

https://www.google.com/search?ei=iKtyXNK2JOeG1fAP4o6L4AM&q=chemical+luminescence+and+phosphorescence&oq=chemical+luminescence

 

 

 

Əlaqə:

 

 e-mail : info@kimyafobiya.org

 mobil  : (+994) 55 521 12 29

Bu resurs Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsində qalib gəlmiş "KimyaFobiya ilə Mübarizə" layihəsi çərçivəsidə hazırlanmışdır. Təhsil Nazirliyi nəşrin məzmununa görə məsuliyyət daşımır.

"KimyaFobiya İlə Mübarizə" 

© 2019. Bütün hüquqlar qorunur.

Note: Please fill out the fields marked with an asterisk.