N İ L S   B O R

 

    Əsrimizdə yaradılmış ən sanballı nəzəriyyələrdən olan atomun kvant nəzəriyyəsinin banisi Nils Bor 1985 – ci il oktyabr ayında Danimarkanın paytaxtı Kopenhagen şəhərində fizkologiya professoru xristian Borun ailəsində anadan olmuşdur.

    Məktəbdə Nils yaxşı oxuyurdu, əməksevər və çalışqan idi. Bu düşüncəli oğlanda öyrənmək həvəsi güclü idi. Tarixi, xarici dilləri, poeziyanı çox xoşlayırdı. İdmanla məşğul olurdu.

    Yuxarı siniflərdə oxuyanda Nils artıq fizik olacağını qərara almışdı. 1903 – cü ildə məktəbi bitirib Kopenhagen universitetinə daxil oldu. Universitetdə o, qısa müddət ərzində qeyri – adi dərəcədə bacarıqlı tələbə kimi ad – san qazandı.

    1905 – ci ildə Danimarka Kral cəmiyyəti (Elmlər Akademiyası) fizika sahəsində ən yaxşı iş üçün müsabiqə elan edəndə Nils öz qüvvəsini sınamağı qərara aldı. Mayelərin səthi gərilməsinin təyininə aid bu iş onun ilk və yeganə ekspirimental tədqiq işi oldu. Nilsin yazdığı hesabatda onun nəzəriyyəni yaxşı bilməsi özünü biruzə verdi. İşin ekspirimental və nəzəri əhəmiyyəti yüksək qiymətləndirildi. Ona cəmiyyətin qızıl medalı verildi.

    1907 – ci ildə Nils universitedi bitirib magistrlik dissertasiyası üzərində işə başladı. Dissertasiya işi metalın elektrik və istili keçirmə məsələlərinə, onların maqnit və termoelektrik xassələrinə həsr edilmişdir. Həmin işinə görə magistr dərəcəsi aln Nils Bor müvəfəqqiyyətdən qanadlanaraq tezliklə doktorluq dissertasiyası üzərində işə keçdi. Yenə də metalların elektron nəzəriyyəsini mövzu seçdi. Dissertasiya üzərində gərgin işlədi. Bütün vaxtını və gücünü məhz buna həsr etdi. Zəhməti isə hədər getmir, öz bəhrəsini verirdi. 1911 – ci il mayın 13 – də o  “Metalların elektron nəzəriyyəsinin təhlili” adlı dissertasiyasını böyük müvəffəqiyyətlə müdafiə edərək elmlər doktoru dərəcəsini aldı.

    25 yaşlı gənc sadə, təvazökar, elmi işdən zövq alan, fəlsəfə doktoru Nils Boru müvəfəqqiyyət heç də qənaətləndirmirdi. Onun ürəyi öyrənmək, işləyib yaratmaq arzusu ilə döyünürdü.  Bu niyyət onu bütün dünyada İngiltərənin elmi mərkəzi kimi məşhurlaşmış Kembric şəhərinə gətirib çıxartdı. Kembric dövrü Nils üçün məhsuldar keçdi. Bir neçə elmi əsər yazdı, doğma şəhərinə razı qayıtdı.

    Atomun quruluşu məsələsi ən actual mövzu kimi fizikləri özünə cəlb edirdi. Həmin məsələ Boruda rahat buraxmırdı. Alnı “Atom və molekulların quruluşu haqqında” əsəri üzərində ciddi işlədi. Onun əsas nəticələri Borun postulatları adı ilə məşhurdur. Elmə Borun təklif etdiyi atomun modeli və materiyanın yeni elektromaqnit nəzəriyyəsi daxil oldu. Bunlar elmə şox qiymətli töhfələr idi.

    Avropada birinci dünya müharibəsi gedirdi. Təbiətcə həssas və vicdanlı Boru elmdəki müvfəqqiyyətləri şadlandırsada müharibə, dövlətlər arasındakı gərginlik onu kədərləndirirdi.  Xalqlar arasında həmin qeyri – normal münasibətlərin tezliklə aradan qaldırılmasını arzulayırdı.

    1916 – cı ildə Kopenhagen universitetində Nils Bor üçün xüsusi olaraq nəzəri fizika professor vəzifəsi təşki olundu. Sentyabrda elektron və atom nəzəriyyəsi, mexanika və başqa fənlərdən mühafizə oxudu. Onu həm də ölkənin fizika cəmiyyətinin sədri seçdilər.

    Nüfuzlu alim üçün doğma şəhərdə nəzəri fizika instutu binası tikildi. İnstutda Nils Borun ətrafına Danimarkadan və xarici ölkələrdən çoxlu istedadlı gənc alimlər toplaşmışdı. İnstutun labaratoriyasında fizika və kimyanın, nəzəri və təcrübi işlərin nəticəsində yüksək elmi  zirvələr fəth edildi.

    1922 –ci il alimin həyatında ən xoşbəxt illərdən oldu “Atomların quruluşu və atom şüalanması” tədqiqindəki xidmətlərinə görə Nils Bora beynəlxalq Nobel mükafatı verilməsi haqqında telefonoqramma gəldi. Bu hadisəni bütün ölkə, bütün xalq bayram kimi qeyd etdi. Onun 1936 –cı ildən başlayaraq sonrakı dövrdəki elmi fəaliyyəti əsas etibarilə nüvə fizikası ilə bağlıdır.

    Müharibə qurtarandan sonra Nils Bor doğma instutda işlərini davam etdirdi. Alim o qədər məşurlaşmışdır ki, onun 70 illik yubileyində alimin şərəfinə qızıl “Bor medalı” təsis edildi. Qeyd edək ki, həmin medlla sovet alimi Kapitsa 1964 –cü ildə təltif edilmişdir. Nils Bor sovetlər ölkəsinin böyük dostu idi. O, üç dəfə SSRİ -ə gəlmiş, SSRİ Elmlər Akedemiyasının üzvü seçilmişdir.

 

    Nils Bor 1962 – ci il noyabrın 18 –də vəfat etmişdir. Onun ölmü tərəqqipərvər bəşəriyyət üçün böyük itki idi. Lakin alimin əziz xatirəsi bu gündə yaddaşlarda yaşamaqdadır. Sovet alimləri öz əziz həmkarının və dostunun xatirəsini əbədiləşdirmək məqsədilə 1970 –ci il fevralın 18 –də Dubnadakı Birləşmiş nüvə tədqiqatları  instutunda alınmış dövri sistemin 105 –ci elementini alimin şərəfinə Nilsbornum adlandırmışlar. Kopenhagendəki nəzəri fizika instutu hazırda onun adını daşıyır. Alimin adı, kəşfləri və tədqiqatları ali və orta məktəb dərsliklərini bəzəyir. 

Əlaqə:

 

 e-mail : info@kimyafobiya.org

 mobil  : (+994) 55 521 12 29

Bu resurs Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsində qalib gəlmiş "KimyaFobiya ilə Mübarizə" layihəsi çərçivəsidə hazırlanmışdır. Təhsil Nazirliyi nəşrin məzmununa görə məsuliyyət daşımır.

"KimyaFobiya İlə Mübarizə" 

© 2019. Bütün hüquqlar qorunur.

Note: Please fill out the fields marked with an asterisk.