Rəngli təbaşirlər necə hazırlanır?


Müasir texnalogiyaların bizləri təmin etdiyi ən böyük avantajlarından biri də həyatımıza böyük rahatlıqlar gətirən məhsulların olmasıdır. Bu məhsullardan biri də  elektronik lövhələrdir. Xüsusilə son 5 ildə ölkəmizdə geniş yayılmağa başlamış bu lövhələr oxumağa yeni başlamış uşaqların qara lövhə və rəngarəng təbaşirlərlə tanış olmasının qarşısını almış olmuşdur. Halbuki biz 90-lılar və əvvəlki nəslin nümayəndələri bu lövhələrin tozunu udaraq böyümüşük. Udmaq deyəndə məcazi mənada dediyimi düşünməyin. Hətta bəziləri, sözə baxmayanları əvvəlcə təbaşir tozunu udar üstündən də su içərdi ki, qızdırması qalxsın. Bununla da məktəbdən azad olardı. Amma siz etməyin ha! Bu yazını oxuyan kiçik yaşlı uşaqlar xüsusilə diqqətli olun  çox təhlükəli ola bilər. Heç vaxt etməyin! Xəbərdarlıqdan sonra keçəK təbaşir istehsalına:


Təbaşir, tərkibcə əhəngdaşı olaraq da bilinir. Adətən, milyonlarca il dəniz dibində yığılan mikroorqanizm qabıqlarından əmələ gəlir. Əhəngdaşı tərkibində kalsium-karbonat, gilli torpaq silisium dioksid dənəcikləri saxlayır. Təbii olaraq dənizlərdən toplanan bu maddə müəyyən proseslərdən keçir. Təmizləmə, saflaşdırma və toz halına salınma kimi proseslərdən keçən təbaşir müxtəlif sahələrdə tətbiq edilir. Xüsusilə təmizlik, kosmetika, kağız və s. Sahələrdə tətbiq edilən təbaşirin incəliyi və tündlüyü daxilinə əlavə edilən maddənin növünə görə dəyişir.


Məktəblərdə istifadə edilən təbaşirlər isə xammal olaraq istifadə edilən təbaşir tozundan istehsal edilmir. Daha seyrəlmiş olaraq satılan təbaşir tozundan hazırlanan təbaşirlər, rəngli maddələr, qəlib halı almasını təmin edən və suda rahat əriyən yapışqanlar və bəzi qatqı maddələrinin istifadə edilməsi ilə əmələ gəlir. Yəni, kosmetika, təmizlik kimi kimyəvi sahələrdə istifadə edilən təbaşirlərlə maddə olaraq eyni olub, istifadəsi, miqdarı və istehsalı baxımından fərqlidir.  Fəqli istehsal proseslərinin olması, sağlamlığı hədəyən böyük zərərlərin qarşısını almaq  məqsədidir.


Dünyada ilk tozu olmayan təbaşır istehsalına nail olan ölkə Amerikadır. Türkiyədə isə 1982-ci ildə ilk tozsuz təbaşir istehsal edilmişdir. Yaxşı, bəs siz evinizdə daha sağlam kiçik bir təbaşir hazırlamaq istərmisiniz? Ətrafınızda uşaqlar var yəqin onlar üçün çox maraqlı olacaq. Aşağıda yazacağım bəsit maddələrlə rəngarəng təbaşirlər əldə etmək olduqca əyləncəli və asan olacaqdır.


Maddələr:


Bir miqdar gips tozu (tikinti materialları mağazası)

Rəngli toz boya

Kifayət qədər su

Qəlib formalar


Hazırlanması: istədiyiniz miqdarda gipsi bir qaba əlavə edib içərisinə istədiyiniz rəngdə toz boyanı əlavə edin. Sonra isə lazımı qədər su ilə  qarışdırın. İstəyiniz formalı qəlibə töküb qurumasını gözləyin.

Hazırdır.

 

Əlaqə:

 

 e-mail : info@kimyafobiya.org

 mobil  : (+994) 55 521 12 29

Bu resurs Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsində qalib gəlmiş "KimyaFobiya ilə Mübarizə" layihəsi çərçivəsidə hazırlanmışdır. Təhsil Nazirliyi nəşrin məzmununa görə məsuliyyət daşımır.

"KimyaFobiya İlə Mübarizə" 

© 2019. Bütün hüquqlar qorunur.

Note: Please fill out the fields marked with an asterisk.