Rezinin kəşfi

 

Mənbə: Prof.Dr. Ural Akbulut Məqalələri
Tərcümə: Kimyafobiya ilə mübarizə

 

   Bu məqalə hər kəsin hər gün istifadə etdiyi rezinin kəşfi haqqındadır. Amma siz onu hüznlü bir kəşf hekayəsi kimi yadda saxlasanız daha yaxşı olar.

 Rezin təbii kauçukun vulkanlaşması ilə alınır. Təbii kauçukun vulkanlaşması prosesini 1839-cu ildə Çarlz Qudyar kəşf etmişdir. Bu kəşf haqqında orta məktəb kitablarında yazılır ki, Qudyar kauçuku kükürdlə birlikdə soba üzərinə qoyub bir müddət qızdırdıqdan sonra kauçuku almışdır. Bu cümləni oxuyan hər kəs bu kəşfin çox asan baş verdiyini Qudyar və ailəsinin isə bu kəşf ilə çox varlandığını şünə bilər. Həqiqət isə çox daha fərqlidir. Çarlz Qudyar yaxşı təhsil görməmiş, iflasa uğramış, borclarına görə dəfələrlə həbs edilmiş bir adam idi. Onun yaşadığı dövrdə Brazilyadakı Kauçuk ağaclarından əldə edilən təbii kauçuk Amerikada məhşurluq qazanmışdı. Kauçukun su keçirməmək xüsusiyyəti insanları özünə cəlb etmişdi və ondan ayaqqabı, plaş, çadır və başqa məhlsullar hazırlanırdı. Lakin bunu elə də uğurlu ticarət predmeti saymaq olmazdı, çünki təbii kauçuk qışda daş kimi donur, yayda isə saqqız kimi yapışırdı. Bu isə onun istifadəsini məhdudlaşdırırdı.

  1934-cü ildə Qudyar bir kauçuk fabrikinə müraciət edəndə ona təbii kauçukun heç bir işə yaramadığını, fabrikin batdığını və bu işlə məşğul olmağın faydasız olduğunu dedilər. Kəşf etməyə meyilli olan Qudyarın başında bu sözlər yeni bir fikir oyadır, o belə bir fikrə gəlir ki, təbii kauçuka müxtəlif maddələr qataraq onun keyfiyyətini yüksəltmək mümkün ola bilər. Qudyar 1839-cu ilə qədər, tam beş il ərzində yorulmaq bilmədən kauçuka demək olar ki, hər cür maddə əlavə etdi. Araşdırma apardığı illərdə o maddi cəhətdən çox problemlər yaşayırdı və borclarına görə tez-tez həbs edilirdi. Elə bu səbəbdən idi ki, o dostları ilə söhbətlərində həbsxana haqqında danışanda "bizim hotel" ifadəsini işlədərdi.

  Qudyar ağıllı adam idi, o belə şündü ki, kauçukun istiyə qarşı davamlılığını artırmaq üçün ona quruducu bir maddə əlavə edilməlidir. Bu məqsədlə o kauçuka maqnezium-hidrooksid əlavə etdi. Doğrudan da kauçuk sərtləşdi. Onun ağlında aldığı bu maddədən qaloş hazırlayıb satmaq var idi, lakin bu elə də effektli olmadı, çünki onun qaloşları çox isti havada yenə də əriyirdi. Maqnezium-hidrooksidi kalsium-hidrooksid ilə əvəz etmək də bir effekt vermədikdən sonra o bir sıra başqa maddələri də yoxladı. Nəticə yox idi.

   Düşdüyü uğursuzluqlara görə çoxlu borca girən Qudyar artıq  öz arvadı və uşaqları üçün ərzaq almaqda da çətinlik çəkirdi. Onun və ailəsinin halına acıyan qonşuları uşaqları üçün pulsuz süd və arvadı üçün kartof verirdilər. Nəhayət Qudyar 1839-cu ildə kauçuku kükürd ilə qarışdırıb bir ayaqqabı düzəldir. Onu ətrafındakılara nümayiş etdirən zaman ayaqqabı təsadüfən isti sobanın üzərinə şür, sobanın üzərində şənda yumşalmasını gözlədiyi kükürdlü kauçuk bunun əksinə daha da sərtləşdi və dəri kimi birşeyə çevrildi. Ayaqqabının digər hissələri saqqız kimi yapışdığı halda soba ilə toxunan hissəsi isti və soyuq mühitdə belə dəri kimi öz şəklini və yumşaqlığını qoruya bilirdi. Məsələnin həllinin kükürd və istilik ilə bağlı olduğunu başa düşən Qudyar kükürd ilə kauçuku təzyiqli buxar altında 115 dərəcə selsidə 5-6 saat saxladı. Bu yolla o öz dövrü üçün ideal olan rezini əldə etdi. Qudyar öz hekayəsinin soba ilə bağlı olan hissəsi haqqında danışanda qeyd edərdi ki, təsadüflər sadəcə elmli və təcrübəli inasanların qarşısına çıxdıqda bir nəticə verər.

   Son tədqiqatları zamanı Qudyar çox ağır sarsıntılar keçirmiş, 5 dollarlıq bir borca görə təkrar həbsə düşmüş və bu səbəblə də bir neçə aylıq oğlu o günlərdə ölmüşdü. Buna baxmayaraq artıq dünyanın ən yaxşı rezinini istehsal etmiş olduğundan pul qazanıb öz borclarını ödəyə bildi. Ticari bacarığı olmadığına görə özü çox az, işlədiyi şirkət isə daha çox qazanırdı. Patent aldıqdan sonra Qudyar onun kəşfini icazəsiz istifadə edən bir çox şirkət ilə məhkəməlik oldu, 30-dan çox məhkəmə işini qazana bilsə də bəzilərini uduzdu. Qazandığı elə də çox olmayan pulunu rezinlə əlaqədar tədqiqatlara və vəkillərə xərclədi. Bunula yanaşı o öləndə artıq 200 min dollarlıq borcunun hamısını ödəmişdi. Bu gün dünyanın ən yaxşı təkər istehsal edən şirkəti onun adını daşıyır, lakin nə özünün nə də uşaqlarının bu şirkət ilə heç bir əlaqəsi yoxdur.


Write a comment

Comments: 0

Əlaqə:

 

 e-mail : info@kimyafobiya.org

 mobil  : (+994) 55 521 12 29

Bu resurs Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsində qalib gəlmiş "KimyaFobiya ilə Mübarizə" layihəsi çərçivəsidə hazırlanmışdır. Təhsil Nazirliyi nəşrin məzmununa görə məsuliyyət daşımır.

"KimyaFobiya İlə Mübarizə" 

© 2019. Bütün hüquqlar qorunur.

Note: Please fill out the fields marked with an asterisk.