Şəkər və süni şirinləşdiricilərin tarixi

 

Mənbə: Prof.Dr. Ural Akbulut Məqalələri
Tərcümə: Kimyafobiya ilə mübarizə

 

Şəkər, şirniyyatlar və çörək bütün insanların  yeməkdən zövq aldığı qidalardandır. İnsanın şəkərlə tanışlığı ana südü ilə  başlayır. Çörək çeynəndiyi zaman tərkibində olan nişastanın bir qismi ağzımızda olan fermentlərin  təsirindən parçalanaraq şəkərə çevrilir. Nişastadan əmələ gələn şəkərlər çeynənilən çörəyi şirinləşdirir. İnsan orqanizimində şəkərlər zülal və yağlardan daha tez enerjiyə çevrilə bilir. Bəlkə də şəkərin belə çox sevilməsinin səbəbi budur.

Şəkərlər insanlara meyvə və bal formasında çox qədimdən məlum  olub. Daş dövründə belə bal tədarük edildiyi məlumdur. Amma bu gün  istifadə  etdiyimiz formalarda şəkərin əldə olunması uzun bir tarixi yol keçmişdir.

Şəkər qamışı insanlara şəkər çuğundurundan daha əvvəl məlum idi. Şəkərin kristal halında alınması ilk dəfə eramızın 350-ci illərində Hindistanda həyata keçirilmişdir. Hindlilər şəkər qamışını əzərək suyunu çıxarır, sonra bu suyu qaynadaraq şəkəri qatılaşdırır, günəş altında qurudaraq kristal hala gətirirdilər. İran, Orta Asiya  və Çin şəkər hazırlamağı Hindistandan öyrənmişdir. Bu üsulla əldə olunan şəkər xarici görünüşcə çay daşını xatırladır. Bu səbəbdən qədim Sanskrit tayfaları onu çınqıl mənasına gələn "Şarkara" adlandırırdılar. Bu gün də şəkrin bir çox dillərdə tələffüzü bu sözü xatırladır. Şəkər İslam dininin yayılması ilə Afrika və İspaniyaya gedib çıxdı. Xaç yürüşləri dövründə şəkər xristian dünyasına da tanış oldu və onlar onu "şirin duz" adlandırdılar.

Şəkər çuğundurunda şəkər olduğunu ilk dəfə Alman kimyaçısı A.Marqraf 1747-ci ildə kəşf etdi. Şəkər çuğundurundan şəkər istehsal edən  1801-ci ildə Almaniyada quruldu. Həmin dövrdə İngilislərin  qamışdan aldıqları şəkər çuğundur şəkərindən daha ucuz başa gəlirdi. Napalyon 1813-cü ildə İngilis tacirlərindən şəkər almağı qadağan etdikdən sonra çuğundur şəkərinin istehsalı daha da artdı.

Saxarinin kəşfi

Saxarin 1878-ci ildə A.B.Ş-da kəşf olunub. Dünyanın ilk süni şirinləndiricisi hesab olunan bu maddə şəkərdən 300 dəfə daha şirindir. Konstantin  Fahlberq  professor İra Remseunin Cans Hopkins  Unversitetindəki kimya laboratoriyasında tədqiqatçı kimi çalışırdı. Onların məqsədi kömür qətranından kimyəvi maddələr istehsal etmək idi. Cons Fahlberq 1878-ci ildə bəzi qətran növbələrini əldə etmişdi. Bir gün ələrini yumadan evə girib yeməyə başladı. Birdən ona elə gəldi ki, çörək həddindən artıq  şirindir. Həyat yoldaşı çörəyin normal olduğunu dedi. O, barmaqlarını yalayanda başa düşdü ki şirin dad onun işlədiyi hansısa maddədən gəlir. Labarotoriyaya qayıtdı və etməməli olduğu çox təhlükəli bir şey etdi, qətrandan ayırdığı bütün maddələrinin dadına baxdı. Onlardan biri şəkər tozundan daha şirin idi bu maddəyə  sonralar saxarin adı verildi.

Fahlberq müəllimi ilə birlikdə elmi məqalə yayınlayaraq saxarini dünyaya tanıtdılar. Lakin Fahlberq müəlimindən xəbərsiz olaraq saxarinin patentini öz adına keçirdi və çox varlandı. Bu vaxtdan etibarən müəllimi  professor Remson onun haqqında  danışanda - "Fahlberq axmaq adamdır, saxarinə görə adımızın birlikdə xatırlanması məni çox təssüfləndirir" - deyərdi. Professor Remson daha sonra Con Hopkins Universtetinin rektoru olmuşdur. I və II dünya müharibəsi illərində - şəkər qıtlığı dövründə saxarin çox populyarlıq qazanmışdı. Xüsusilə də 60-70-ci illərdə A.B.Ş-da dünyanın başqa inkişaf etmiş ölkələrində şəkər xəstəliynin gündəmə gəlməsi ilə  saxarin və bu qəbildən olan süni şirinləşdiricilərə təlabat daha da artdı.

 

 Siklamatın kəşfi

Siklamat adlı şirinləşdirici 1937- ci ildə A.B.Ş-da Maykl Svid tərəfindən, təsadüfən kəşf olunmuşdur. Svid İlinois Universitetində qızdırmanı salmaq üçün dərman vasitəsinin sintezi ilə məşğul idi. Bir anlığa çəkdiyi siqareti təkrar çəkmək istəyəndə siqaretin şirin olduğunu hiss etdi. Alimin ani diqqətsizliyi yeni bir şirinləşdiricinin kəşfinə səbəb olmuşdur. Du Pont adlı bir firmanın 1950-ci illərdə patentini aldığı siklamat təbii şəkərdən 30-50 dəfə daha şirin idi.

 

Aspartamın  kəşfi

Aspartam adlı şirinləşdirici 1965-ci ildə mədə xorasına qarşı dərman sintez etməyə çalışan Jim Sklatter tərəfindən  tapıldı. Bir amerika şirkətində işləyən Sklatter sintez etdiyi preparatın əlinə bulaşdığını hiss etməmişdi. Bir qeyd yazmaq üçün əlini dilinə çəkib, stolun üzərindən kağız götürəcəkdi. Elə bu zaman barmağının çox şirin olduğunu hiss etdi və sintez etdiyi maddənin dadına baxdı, maddə şirin idi. Dostuna xəbər verdi ,təhlükəni gözə alaraq onlar bu maddəni kofeyə qatıb içdilər. Dadı çox gözəl idi. Aspartam şəkərdən 200 dəfə daha şirindir.

 

 Suxrolozun kəşfi

  Suxroloz adlı şirinləşdiricini Şaşikant Fadnis adlı, ingilis dilini zəif bilən bir tələbənin öz müəllimini səhv başa düşməsilə kəşf olunmuşdur. "Tate və Lyle" firması İngiltərədə şəkər istehsalı ilə məşğul olan bir firma idi. Firma şəkərdən yeni maddələr sintez etmək məqsədi ilə 1976-cı illərdə  bir universitet ilə ortaq iş aparırdı. Universitetin staj keçən bir tələbəsi olan Fandis normal şəkərdən xlorlu şəkər birləşmələri sintez edirdi. Bunu görən müəlimi ona "bu maddələri test et" tapşırığı verir. İngilis dilini zəif bilən  Fandis təlimatdakı "test" sözünü "taste" olaraq başa düşür və sintez etdiyi bütün xlorlu şəkərlərin dadına baxmağa başlayır. Nəticə inanılmaz olur, Suxroloz adını alacaq bir nümunə, şəkərdən 600 dəfə daha şirin idi. Sukroloz ilk olaraq 1991- ci ildə Kanadada daha sonra bütün dünyada istifadə olunan bir şirinləşdirici oldu. 


Write a comment

Comments: 0

Əlaqə:

 

 e-mail : info@kimyafobiya.org

 mobil  : (+994) 55 521 12 29

Bu resurs Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsində qalib gəlmiş "KimyaFobiya ilə Mübarizə" layihəsi çərçivəsidə hazırlanmışdır. Təhsil Nazirliyi nəşrin məzmununa görə məsuliyyət daşımır.

"KimyaFobiya İlə Mübarizə" 

© 2019. Bütün hüquqlar qorunur.

Note: Please fill out the fields marked with an asterisk.