"Səhrada fırtına" əməliyyatı

  Hərbi konfliktlərlə bağlı olan ekoloji fəlakətlərə bir misal kimi 1991-ci ilin əvvəllərində Küveytdə və Fars körfəzi ətrafında "Səhrada fırtına" əməliyyatından sonra baş vermiş hadisələri misal göstərmək olar. Küveytdən geri çəkilən işğalçılar 500-dən artıq neft qazma quyusunu partlatdılar. Onların əksəriyyəti od tutub yanaraq 6 ay ərzində böyük bir ərazini zəhərli qaz və his ilə zəhərləmişdilər. Yanmayan qazma quyularından neft fəvvarə vuraraq Fars körfəzində böyük göllər yaratmışdır. Bura həmçinin çoxlu miqdarda dağıdılmış terminal və tankerlərdən də neft axırdı. Nəticə olaraq 1554 kv. km dəniz səthi, 450 km sahil zolağı neft ilə örtülmüşdür ki, bu da xeyli sayda canlının məhvinə səbəb olmuşdu. Alov məşəllərində hər gün 7,3 mln litr neft yanırdı ki, bu da ABŞ-ın gündəlik neft idxalı həcminə bərabər idi. Yanğından əmələ gələn his dumanları 3 km-ə kimi qalxaraq külək vasitəsi ilə Küveyt sərhəddlərindən çox-çox uzaqlara yayılırdı. Səudiyyə Ərəbistanı və İranda qara yağışlar, Kəşmirdə qara qar yağırdı. Havanın neft hisi ilə çirklənməsi əhalinin sağlamlığına pis təsir edirdi. Ekspertlər müəyyən etmişlər ki, bu fəlakət aşağıdakı təzahürlər ilə müşahidə olunmuşdur:
1) İstilik çirklənməsi- 86 mln kvt./gün
2) Yanan neftdən əmələ gələn his- 12000 t/gün
3) Karbon qazı- 1,9 mln t/gün
4) Kükürd qazı- 20 000 t/gün


Write a comment

Comments: 0

Əlaqə:

 

 e-mail : info@kimyafobiya.org

 mobil  : (+994) 55 521 12 29

Bu resurs Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsində qalib gəlmiş "KimyaFobiya ilə Mübarizə" layihəsi çərçivəsidə hazırlanmışdır. Təhsil Nazirliyi nəşrin məzmununa görə məsuliyyət daşımır.

"KimyaFobiya İlə Mübarizə" 

© 2019. Bütün hüquqlar qorunur.

Note: Please fill out the fields marked with an asterisk.