SU

Kimyəvi formulu H2O , trivial adı "su" olan bu maddə yer kürəsi səthinin 71%-ni örtür. O, canlı aləmin var olma səbəbidir. Təmiz su iyə, rəngə və dada malik olmur. Əksər təbii sularda pH 6,5-8,5 intervalında dəyişir. Yayda intensiv gedən fotosintez prosesi ilə əlaqədar olaraq pH-ın qiməti 9-a qalxa bilir. pH hidrogen ionlarının qatılıqlarının onluq loqarifminin əks işarəli qiyməti olub 1-14 intervalında qiymətlər alır. Vakumda suyun  pH-ı 7-ə bərabərdir yəni neytraldır. Distillə olunmuş suyun atmosferdəki karbon qazını həll etməsi nəticəsində pH-ı dəyişir. Bu proses atmosferdəki karbon qazı ilə sudakı karbon qazının qatılığı bərabər olduğu zamana qədər davam edir və pH təxminən 5,8 olur.

Suyu əmələ gətirən elementlərdən Hidrogen yanıcı, Oksigen  isə yanmaya kömək edən bəsit maddələr əmələ gətirirlər, su özü isə yanmır. Bu səbəbdən də  A sinif yanğınlarda su istifadə edilir. Lakin elektrik naqilləri keçən yerlərdə yaranan və kimyəvi maddələrin səbəb olduğu yanğınlarda su istifadə etmək olmaz.

Təbii su - tərkibindəki mineralların miqdarından asılı olaraq şirin və duzlu su olmaqla 2 yerə ayrılır.Yer üzərində  şirin su ehtiyatı 32 mln. km³-ə yaxındır, və bu suyun 98,8% -i aysberqlərin tərkibindədir. Quru qalıq, ümumi codluq, pH və qələvilik, Ca2+, Na+, HCO3-, Cl-, SO42-, Mg2+  kation və anionlarının olması  suyun təbii tərkibini müəyyən edir.

Distillə suyu

Distillə, mayeləri qaynadıb buxara çevirmək, sonra yenidən kondensləşdirmək (mayeləşdirmək) yolu ilə başqa maddələrdən təmizləmək üsuludur. Distillə suyu kimya laboratoriyalarında və əczaçılıqda maddələri həll etmək üçün, avtomobillərin soyuducu sistemində və başqa sahələrdə işlənir. Təkibində heç bir mineral olmadığı üçün içmək və qida hazırlanmasında istifadə etmək olmaz.

Saf su

Suyun tərkibindəki mineral maddələrin daha yüksək səviyyəli proseslərlə ( (ion mübadilə, distillə və s..) tərkibindəki ionların  azadılmasından əldə edilən sudur. Ümumiyyətlə, istehsal olunan və satılan təmiz su 100% -ə ionlaşdırıla bilməz. Ultra saf su isə suyun daha dərin  təmizlənmiş formasıdır. Saf su adətən batareya istehsalında və fizikanın su molekulları əlaqəli sahələrində istifadə olunur. Saf su tibbi sahədə istifadə edilmir.

 

 

Deionlaşdırılmış və ya deminerallaşdırılmış su  

Deionlaşdırılmış su müxtəlif metodlarla ionların kənarlaşdırılması ilə əldə edilmiş sudur. Bu tip sular adi vəya distillə suyundan elektrik cərəyanı keçirməklə əldə olunur. Bu zaman ion daşıyıcı kiçik ölçülü xüsusi polimer kürəciklərdən istifadə olunur. Bu kürəciklər mineralların hidrolizindən alınan ionları  H+ və OH-  ilə dəyiştirərək H2O əmələ gətirirlər. Deionizə olunmuş su hava ilə təmasda tərkibi distillə suyunda olduğu kimi dəyişə bilər. Bu sudan analitik cihazlarda, mikrobiologiyada sterilləşdirmə, şüşələrin yuyulması , məhlulların hazırlanması və s  üçün istifadə olunur.

İzotonik su

 

 Tərkibində insanın maddələr mübadiləsi üçün önməli olan ion və əsas elementləri saxlayan, eyni zamanda insanın ehtiyacı olan minerallar əlavə edilmiş su izotonik su adlandırılır. Tərkibində heç bir mikroorqanizm yoxdur. Ehtiyaca görə izotonik suyun içindəki natrium və digər elemenlər dəyişdirilə bilər. Bunun üçünd ə satışda  izotonik (0,9%), hipotonik (0,45%), hipertonik (3%)  məhlular mövcuddur.  İzotoniklər damar yolu ilə tətbiq olunur. 


Əlaqə:

 

 e-mail : info@kimyafobiya.org

 mobil  : (+994) 55 521 12 29

Bu resurs Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsində qalib gəlmiş "KimyaFobiya ilə Mübarizə" layihəsi çərçivəsidə hazırlanmışdır. Təhsil Nazirliyi nəşrin məzmununa görə məsuliyyət daşımır.

"KimyaFobiya İlə Mübarizə" 

© 2019. Bütün hüquqlar qorunur.

Note: Please fill out the fields marked with an asterisk.