Turşu yağışları

 

       Yağış suyu tərkibindəki maddələri bir-biri ilə yaxud su ilə reaksiyası nəticəsində turş xassəli olur. Məsələn havadakı karbon qazı, azot qazı və kükürd qazı su ilə reaksiyaya daxil olaraq müvafiq turşuları əmələ gətirir. Azot-dioksid isə öz növbəsində şimşək zamanı azotla oksigeninin reaksiyasından alınan azot(II)oksidin oksigenlə təkrar reaksiyasından alınır.

             N2 + O2  = 2NO

             2NO + O2 = 2NO2    

      Kükürd qazı isə təbii halda vulkan püskürmələri və meşə yanğınları zamanı havaya qarışır. Onun aşağıdakı reaksiya üzrə kükürd trioksidə çevrilməsi də mümkündür.

            SO2 + NO2 = SO3 + NO

            İnsanlar NO2 və SO2-ni qazlarının atmosferdəki miqdarını artıraraq turşu yağışlarını  intensivləşdirirlər. Məsələn, kömür tərkibində kükürd saxladığı üçün onun yanmasından kükürd qazı da ayrılır. Onun kükürd-oksidə çevrilməsi əmələ gələn kükürd-trioksidin su ilə reaksiyası nəticəsində sulfat turşusu əmələ gəlmiş olur. Ən sadə halda biz avtomobil idarə edərkən belə turşu yağışlarına səbəb ola bilərik. Əsas hissəsi azot və oksigendən ibarət olan hava mühərriyin yanma kamerasında olarkən yanmadan ayrılan istillik hesabına azot oksidlərinə çevrilir belə oksidlərdən biri olan azot qazını su və oksigenlə reaksiyasından nitrat turşusu əmələ gəlir. Turşu yağışları binaların və abidələrin aşınmasından tutmuş metal konstruksiyaları korroziyasına qədər çox saylı fəsadlar törədə bilir. 


Write a comment

Comments: 0

Əlaqə:

 

 e-mail : info@kimyafobiya.org

 mobil  : (+994) 55 521 12 29

Bu resurs Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsində qalib gəlmiş "KimyaFobiya ilə Mübarizə" layihəsi çərçivəsidə hazırlanmışdır. Təhsil Nazirliyi nəşrin məzmununa görə məsuliyyət daşımır.

"KimyaFobiya İlə Mübarizə" 

© 2019. Bütün hüquqlar qorunur.

Note: Please fill out the fields marked with an asterisk.