T Ə C R Ü B Ə L Ə R


D İ G Ə R      T Ə C R Ü B Ə L Ə R


Akvarel hazırlığı


Köhnə kitablarda tez-tez ekzotik rəngləyici adlara rast gəlirik: qırmızı sandal, kversitron, karmin, sepiya, kampeş və ya bakkam ağacı və s. Bu cür rəngləyicilərdən hətta bu günlərdə də,əksərən rəssamlıq sahəsində istifadə edilən rənglərin hazırlanmasında tətbiq edilir.Təbbi rənglləyicilər parlaq rəngə malik olub bitki və heyvanlardan əldə edildiyinə görə onların hazırlanması olduqca baha və çətindir.Amma buna baxmayaraq bu rənglər parlaq,dayanıqlı,istiyə və işığa davamlı olurlar. Təbii rəngləyiciləri ekzotik bitkilərdən əldə edə bilməsəkdə bizim relyefe uyğun bitkilərdən ev şəraitində hazırlaya bilərik, parlaq rənglər almasaqda sınamaq olar). Bitkilərdən rəngləyici , onlardan isə suda həll olan boya almağa çalışaq.Bu boyalar akvarel adı ilə məşhurdur. Bütün rəngləyiciləri eyni qayda ilə hazırlamaq olar: bitkini və ya onun hər hansı bir hissəsini xırda hissələrə ayırıb suda qaynatmaq lazımdır.Bu proses qatı məhlul alınadək davam etdirilir.Suda həll olan rəngləyici almağımız lazım olduğundan aldığımız məhluldan quru qalıq ayırmağımıza ehtiyac yoxdur.Unutmayaq: rəngləyiciləri qırılması və ya qoparılması icazə verilən və zəhərli olmayan bitkilərdən hazırlamalıyıq!Hansı bitkilərdən hansı rəngləyici ala biləcəyimizlə tanış olaq( tanış olmayan bitki adları haqqında məlumatı biologiya müəlliminizdən və ya internetdə axtarışla əldə edə bilərsiz):
Qırmızı rəng-bağayarpağı,hypericum,qızılağac,turşəng kökündən və s.
Göy rəng- nardgülü(devyasila),hezaren çiçəyi(larkspur),düyünotu çiçək və köklərindən və s.
Yaşıl rəng-yonca yarpaqları və s.
Sarı-fındıq kökü,ağtikan kökü,yarpağı,meyvəsi,Galium çiçəyi ,zirinc meyvəsi və s.
Qəhvəyi çalarlar- soğan qabığı və s.
Bənövşəyi-qaragilə və böyürtkən meyvələri və s.
Akvarel boyalarının hazırlanması üçün aşağıdakı komponentlər qarışdırılmalıdır:
Rəngləyici,su,rəngi kağıza möhkəmləndirmək üçün ərəb saqqızı və ya taxta yapışqanı, rəng axmasının qarşısını almaq üçün bal,bəhməz və ya qliserin, rəngləyicilərimiz təbii olduğundan mikroorqanizmlərdən qorunmaq üçün antiseptik və dezinfeksiyaedici maddə.


Çay ilə təcrübə


Çayın tərkibindən həyat tonusumuzu artıran və bizi gümrahlaşdıran maddəni ayıraq.Bu maddə əlbətdə kofeinidr.Əlbət bu maddə qəhvə dənəciklərində daha çoxdur.Çayın tərkibində tonusedici maddələr çoxdur: vitaminlər,efir yağları və s. Amma onların hamısını alkaloidlər sinifinə məxsus olan kofein qabaqlayır.
Təcrübə üçün bizə stəkan formalı farfor və metallik qab lazım olacaq. Bu qabın daxilinə 1 çay qaşığı miqdarında xırdalanmış qara çay töküb üzərinə 2 q aptekdən ala biləcəyiniz maqnezium oksid əlavə edin.İki maddəni qarışdırıb kəskin yanmayan alov üzərinə qoyun. Qabın ağzını isə içərisində soyuq su olan farfor qab və ya mürəbbə nəlbəkisi qoyun. MgO iştirakında kofein buxar formasında qovulacaq və yuxarı səthdə soyuq temperaturun olması səbəbiylə kristallara çevriləcək.Nəlbəkinin dibinə diqqətlə baxsaq rəngsiz kristalların formalaşdığını görərsiniz. Qızdırılmanı dayandırıb əmələ gəlmiş kristalları qopararaq təmiz qaba keçirin. Bəs əmələ gələn kristalların kofeinə aid olduğuna necə əmin ola bilərik? Bunun üçün bizə kofeinin keyfiyyət təyini reaksiyası lazım olacaq. Bir neçə kristalı keramik və ya farfor səth üzərinə qoyun(kafel hissəsi də ola bilər) və üzərinə 1-2 damcı qatılaşdırılmış nitrat turşusu əlavə edin.(Turşu ilə işlərkən olduqca ehtiyyatlı olun,təhlükəsizlik qaydaları ilə prosesdən qabaq tanış olun,turş mühiti sonra neytallaşdırmağı unutmayın.) Səthi quru hala keçənədək qızdırın.Bu proses zamanı kofein oksidləşərək gözəçarpan narıncı rəngli amalin turşusuna(C4H4N2О4) çevriləcəkdir.


Alovsuz tüstü


Atalar sözünə görə od olmayan yerdən tüstü çıxmamalıdır.Amma kimyada bununun mümkünlüyünü müşahidə etmiş olarıq.Gəlin təcrübəyə nəzər salaq:
Kimyəvi stəkanı ilk növbədə yüksək qatılıqlı xlorid turşusu ilə,daha sonra isə naşatır spirti ilə yaxalayıb stəkanın ağzını petri nəlbəkisi və ya hər hansı şüşə səthlə örtün.Tezliklə stəkanda ag tüstü əmələ gəldiyini müşahidə edəcəksiniz. Tüstünü əmələ gətirən xırda kristallar şəklində formalaşan ammonium xloriddir.


Sehirli yazı


Fantastik romanlarda görülməyən yazılar haqqında çox rast gəlinir və bu yazıları xüsusi seçilmiş qəhrəmanlar və ya sehirli sözlərin deyilməsilə üzə çıxdığının şahidi oluruq.Yəni gözlə görünməyən yazı gözlə görünən olur...əslində burda elə də bir sehirli bir şey yoxdu...
Bəzi rəngsiz maddələr istiliyin təsirilə rəngli birləşmələr əmələ gətirirlər.Belə maddələrə sadə misal olaraq limon və ya baş soğanın şirəsi ola bilər.Lələyi onlara batırın və ağ vərəq üzərində hər hansı bir söz qeyd edin,bu zaman heçnə görünməyəcək. Daha sonra həmin vərəqi plitə və ya açıq alov üzərinə tutun bu zaman mümkün qədər uzaq durun ki,vərəq alışmasın.Az müddət sonra vərəq üzərində yazı aydın görünəcəkdir.Belə bir təcrübə süd və ya durulaşdırılmış sirkə essensiyası ilə də pis alınmır.İndi istə təbii yox kimyəvi maddələrlə təcrübəyə baxaq:
Sınaq şüşəsinə çox az bıçaq ucunda ammonium-xlorid əlavə edib üzərinə çay qaşığı qədər su tökün.Lələyi şəffaf məhlula salıb vərəq üzərində nə isə yazın və ya şəkil çəkin.Vərəqin qurumasını gözləyib istiliyə tutun bir müddət sonra yazı və ya şəkil aydın görünəcəkdir.
Eyni təcrübə CoCl2 məhlulu ilə də parıla bilrə bu zaman qızma zamanı yazı mavi rəngdə görünəcək,bu təcrübədə qızdırmanı aparmadan sadəcə asetonlu pambıqla vərəqi silməklədə eyni nəticəni əldə etmək olar,bu aseton ilə təyin reksiyasının göy rəng verməsilə izah edilir.


Ekstraksiya ilə tanışlıq

 
Bunun üçün 1 əl içi qədər qoz və günəbaxan tumu (sözsüzki təmizlənmiş) xırdalayıb qaba tökürük və üzərinə tam islanmayadək benzin əlavə edilir.Bu zaman ətrafda alov və ya alışdırıcıların olmamasına diqqət edirik çünki benzin yanğın təhlükəli maddədir. Sınaq qabını çalxalayıb 2 saat ərzində saxlayırıq bu zaman ara-sıra çalxalamağı unutmayın.Daha sonra məhlulu boşqaba keçirib iki açıq pəncərə arasına hava axını olan məkanda qoyun.Bir müddət sonra benzinin uçduğunu və qabın dibində az miqdar yağın alınmasını müşahidə etmiş olacağıq.Nəticə olaraq ekstraksiya yolu ilə toxumlardan yağ almış olduq.) Bu yağın benzində yaxşı həll olması sayəsində baş verdi. Bu uslla başqa toxumlardan da yağ almaq olar.
Diqqət: alınmış yağı daxilə qəbul etməyin!!!
Başqa bir sınaq yarpaqlarladır.Bunun üçün bizə su hamamı və qalın divarlı stəkan lazım olacaq. Hər hansı bir bitkinin yeni yarpaqlarını stəkana yerləşdirin və üzərinə az miqdar durulaşdırılmış( faizi azaldılmış) spirt əlavə edin. Qaynar su götürüb daxilində stəkanı yerləşdirin. Bir müddət sonra yarpaqları pinset vasitəsi ilə çıxardın:yarpaqlar rəngsizləşmiş, məhlul isə zümrüdü yaşıl rəngə boyanmış olacaq.Beləliklə siz xlorifilin (yaşıl piqment) ekstraksiyasını həyata keçirmiş oldunuz.
P.S: yeyilən bitki yarpaqlarından istifadə edilərsə ekstraksiyadan əldə edilmiş rəngli məhluldan rəngləyici qida əlavəsi kimi ( krem və ya sous üçün rəngləyici ) istifadə edilə bilər.


Yod ilə maraqlı bir təcrübə

 

Aptekdən əldə etdiyimiz yod məhlulunun bir hissəsini şüşə qaba keçirib üzərinə elə həmin miqdarda su əlavə edirik.Daha sonra kartof götürüb halqavari şəkildə kəsimlər edirik.Təzə kəsilmiş hissəyə durulaşdırılmış yod məhlulundan 2-3 damcı üzərinə əlavə edin.Kartof hissəsi gözümüz qarşısında göyərəcəkdir.Kartof,eləcə də digər meyvə və tərəvəzlər müxtəlif və çoxlu maddələrdən təşkil olunmuşdur.Bəs hansı maddənin yod ilə reaksiyası kartofu göy rəngə boyadı?!
Nişasta göyərir.Adətən elə nişastanı kartofdan əldə edirlər.Əgər evdə nişasta(kraxmal) varsa 1 qaşıq nişastanı yarım stəkan soyuq suda həll edin və südəbənzər məhlul əldə etmiş olacaqsız.Oraya yod damcılatsaq “süd” göyərəcəkdir.Beləliklə nümunə daxilində nişasta təyini üçün yod məhlulundan istifadə etmək daha məqsədəuyğundur.


Başqa bir maraqlı təcrübə

 

Bunun üçün bizə etil spirti, su və qiymətli kağız lazımdır.İlk əvvəl 20 ml 50 faizli spirt məhlulu hazırlayırıq.Bunun üçün 9.6 ml spirt və 10.4 ml su tələb olunur.Hazırladığımız məhlulu boşqaba əlavə edib qiymətli kağızı daxilinə salırıq,fikir veririk ki, pul tam islanmış olsun.Bu proses bir dəqiqə davam etdirilir. Daha sonra qiymətli kağız tutqac (əlinizdən 20 sm uzaqda qalması üçün)vasitəsi tutulub alışqan ilə yandırılır.Gözləriniz qarşısında pul 2-3 saniyə alışacaq amma pul külə çevrilməyəcək.
İzahı: spirt su ilə qarışdırıldığı üçün pul eyni zamanda su ilə islanmış olur.Spirtin alışma temperaturu suyun buxarlanma temperaturundan az olduğu üçün spirt alışaraq yox olur amma su tam buxarlanmır və bu səbəbdən pulun özü yanmır və külə çevrilmir.
P.S: ilk sınaq zamanı az dəyərli qiymətli kağızdan istifadə etməyiniz məsləhət edilir)))Təhlükəsizlik qaydalarına riayət etməyi unutmayın


Əlaqə:

 

 e-mail : info@kimyafobiya.org

 mobil  : (+994) 55 521 12 29

Bu resurs Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsində qalib gəlmiş "KimyaFobiya ilə Mübarizə" layihəsi çərçivəsidə hazırlanmışdır. Təhsil Nazirliyi nəşrin məzmununa görə məsuliyyət daşımır.

"KimyaFobiya İlə Mübarizə" 

© 2019. Bütün hüquqlar qorunur.

Note: Please fill out the fields marked with an asterisk.