Şamın öz-özünə yanması
Mənbə: Vaqif Həsənov, Yavər Qasımova, Rəfiqə Məmmədova, Gülnarə Babayeva, Aybala Umudova KİMYA HƏVƏSKARLARI ÜÇÜN Bakı – 2013
Vaxtı ilə kilsələrdə şamların öz-özünə yandığını iddia etməklə, insanları bu hadisəyə bir möcüzə kimi baxmağa, ilahi qüvvəyə səcdə etməyə, kilsə və məscidlərdə böyük qurbanlar verməyə vadar edən kahinlər az olmamışdır. Belə mövhumi fikirləri aramızda yayanlar hələ də var. Kimyaçı bu məsələnin həllində heç bir çətinlik çəkmədən cavab verə bilər. Hazırlamalı: 1) 3 şam, 2) cib bıçağı, 3) qılınc, 4) iynə, 5) karbon-sulfiddə ağ fosfor məhlulu, 6) Bertole duzu, 7) kibrit, 8) qaz və ya spirt lampası. Şamın piltəsinə fosfor qoyulur və ucu qızmış qılıncı ona vurduqda alışıb yanır. Şamı söndürüb ucunda fosfor olan bıçağı isti piltəyə toxundurduqda şam yanır. Şamı söndürüb yenidən yandırmaq üçün fosfora ucu batırılmış iynəni isti piltəyə yaxınlaşdırdıqda yenidən yanma baş verir. Daha bir variantı da vardır ki, karbon sulfiddə ağ fosfor məhluluna Bertole duzu əlavə edib şamın piltəsinə vurduqda 30-40 dəqiqədən sonra karbon-sulfidin buxarlanıb uçması və onda həll olan xırda fosfor hissəciklərinin öz-özünə yanması nəticəsində şam da alışıb yanır.