Atəş mirzəlik edir
Mənbə: Vaqif Həsənov, Yavər Qasımova, Rəfiqə Məmmədova, Gülnarə Babayeva, Aybala Umudova KİMYA HƏVƏSKARLARI ÜÇÜN Bakı – 2013
Od nəinki yanma prosesini, hətta mirzəlik vəzifəsini də daşıya bilər. Bunu sübut etmək üçün aşağıdakı təcrübəni aparmaq lazımdır. Hazırlamalı: 1) zəif sulfat turşusu məhlulu və bu məhlul ilə yazılmış kağız, 2) dəmir tənəkə və ya hər hansı qızdırılmış mühit. Sulfat turşusu məhlulu ilə yazılmış kağızda heç bir iy, iz olmur. Lakin qatı məhlul olduqda sarı rəng verir. Bunun qarşısını almaq üçün məhlul çox durulaşdırılmalıdır. Yazılmış kağızı quruduqdan sonra qızmış tənəkənin üstündə tutduqda kağız üzərində yazılmış hərflər bir-bir üzə çıxmağa başlayır. Buna səbəb sulfat turşusunda olan kükürdün yanmasıdır. Kağız üzərindəki qara yazılara kükürd yandıqda əmələ gəlir, ağ kağız özü də yanır. Kağızı ovduqda hərf olan yerlər ovulub
tökülür.