Dəmirin, rezinin və qurbağanın sınması
Mənbə: Vaqif Həsənov, Yavər Qasımova, Rəfiqə Məmmədova, Gülnarə Babayeva, Aybala Umudova KİMYA HƏVƏSKARLARI ÜÇÜN Bakı – 2013
Oksigen bildiyimiz kimi canlı orqanizmlərin yaşaması üçün və cansızlarda oksidləşmə prosesinin getməsi üçün vacib elementdir. Lavuazye oksigeni “həyat” elementi adlandırmışdır. Lakin buna baxmayaraq oksigen canlılara öldürücü və cansızlara dağıdıcı təsir də göstərə bilir. Bunu aşağıdakı təcrübədə sübut etmək olar. Hazırlamalı: 1) Duar qablarında maye oksigen, 2) Kipp aparatı, 3) qatı xlorid turşusu, 4) nazik dəmir lövhə, 5) rezin top, 6) diri qurbağa, 7) çəkic, 8) ammonium-xlorid, 9) əhəng, 10) ağzında qaz aparan boru olan tıxac taxılmış sınaq şüşəsi, 11) iki kiçik balon. Dəmir lövhəni içərisində maye oksigen olan qaba maşa ilə salıb bir qədər saxladıqdan sonra çıxarmaq lazımdır. Çəkiclə zərbə vurduqda dəmir lövhə saxsı kimi sınıb xırda-xırda parçalara bölünür. O, biri təcrübələri də bunun kimi aparırlar. Onlar da şüşə kimi sınıb xırdalanır.