Kimyaçının “bağı”

 

Mənbə: Vaqif Həsənov, Yavər Qasımova, Rəfiqə Məmmədova, Gülnarə Babayeva, Aybala Umudova KİMYA HƏVƏSKARLARI ÜÇÜN Bakı – 2013

  

a) Hazırlamalı: 1) maye şüşə (natrium-silikat), 2) sarı qan duzu, 3) mis (II)-sulfat kristalları, 4) dəmir (II)-sulfat kristalları, 5) nikel (II)-sulfat kristalları, 6) kobalt-nitrat kristalları, 7) şüşə banka. Adətən bitki toxumunu əkdikdən sonra günlərlə, həftələrlə gözləyirsən ki, cücərsin. Lakin kimyaçı hər kəsin gözü qarşısında müxtəlif toxumları əkib cücərdə bilər. Bunu torpağa deyil, maye içərisində əkmək lazımdır. Bunun üçün bankadakı maye şüşənin içərisinə CuSO4, FeSO4, NiSO4, Co(NO3)2 kristalları və sarı qan duzu kristalları atmaq lazımdır. Çox çəkmədən bankada müxtəlif rəngli bitkilər: ot, ağac növləri cücərir. Bu proses necə gedir: - Əvvəlcə bilməliyik ki, maye şüşə necə alınır. Bunun üçün silisium 4-oksidin nitrium-hidroksidlə reaksiyası nəticəsində alınan ərintini həll etmək yolu ilə: 

SiO2 + 2NaOH = Na2SiO3 + H2O

Maye şüşəyə atılan müxtəlif ağır metal duzlarının kristalları dərhal həmin metal silikatının nazik pərdəsi ilə örtülür. Bu pərdə yarımsızdırıcı olduğu üçün onun içinə geçən su kristalın bir qismini həll edir və içəridən pərdəyə təzyiq göstərir. Pərdə bir yerindən cırılır, ağır metalın həll olmuş duzu xaricə çıxır və dərhal silikat pərdəsilə örtülür. Bu proses davam etdikcə maye içinə salınmış kristal müxtəlif şəkildə böyüyür. Mis 2-sulfat kristalı qara və əyri budaqlı ağac şəklində, nikel-sulfat isə parlaq yaşıl duz gövdələr şəklinə düşür. Kobalt-nitrat maye şüşədə sürünən göy 

bitkilər, sarı qan duzu isə alçaq “ot” şəklində, dəmir 2-sulfat  kristalları isə mavi “ot” şəklində böyüyür.

Na2SiO3 + CuSO4 = Na2SO4 + CuSiO3,

Na2SiO3 + FeSO4 = Na2SO4 + FeSiO3,

Na2SiO3 + NiSO4 = Na2SO4 + NiSiO3,

Na2SiO3 + Co(NO3)2 = 2NaNO3 + CoSiO3.

b) Hazırlamalı: 1) akvarium və ya hər hansı iri bir şüşə qab, 2) maye şüşə, 3) mis 2-sulfat, 4) kalium-permanqanat-marqanest, 5) kalium-bixromat, 6) kalium-sulfat, 7) qurğuşun 2-asetat. Akvariuma 1:3 nisbətində durulaşdırılmış “maye şüşə” tökür və üzərinə mis 2-sulfat, qurğuşun 2-asetat, kalium-permanqanat, kalium-bixromat, kalium-sulfat kristalları əlavə edir. Akvariumda müxtəlif rəngli “ağaclar cücərməyə başlayır”. v) Hazırlamalı: 1) etil spirti , 2) gümüş tozu, 3) civə, 4) tıxac, 5) su, 6) 0,5 l-lik butulka. Etil spirtində 0,5 q gümüş tozu ilə civə həll edilir. Alınan məhlul içərisində 200 ml təmiz su olan dar boğazlı 0,5 l-lik butulkaya tökülür və tıxacla ağzı bağlanır. İki-üç dəqiqədən sonra butulkanın dibində yaşıl bitkinin cücərdiyi aydın görünür. q) Hazırlamalı: 1) kimyəvi stəkan, 2) “fransız ağac sirkəsi”,

3) qatı nitrat turşusu. Bu təcrübə zamanı yuxarıdakı təcrübələrdə alınan ağac və otlardan fərqli olaraq göbələk almaq mümkündür. Bunun üçün kimyəvi stəkana 17 ml qatı nitrat turşusu tökərək, üzərinə bərabər miqdarda “fransız ağac sirkəsi” əlavə etmək lazımdır. Bu iki maddə arasında gedən kimyəvi reaksiya nəticəsində stəkan tüstü ilə dolur və tüstünün içində “göbələyin” əmələ gəldiyi görünür.

Əlaqə:

 

 e-mail : info@kimyafobiya.org

 mobil  : (+994) 55 521 12 29

Bu resurs Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsində qalib gəlmiş "KimyaFobiya ilə Mübarizə" layihəsi çərçivəsidə hazırlanmışdır. Təhsil Nazirliyi nəşrin məzmununa görə məsuliyyət daşımır.

"KimyaFobiya İlə Mübarizə" 

© 2019. Bütün hüquqlar qorunur.

Note: Please fill out the fields marked with an asterisk.