Ovçu barıtı
Mənbə: Vaqif Həsənov, Yavər Qasımova, Rəfiqə Məmmədova, Gülnarə Babayeva, Aybala Umudova KİMYA HƏVƏSKARLARI ÜÇÜN Bakı – 2013
Barıtın meydana çıxması ilə yanaşı orduda soyuq silahın getdikcə azalmasına və əksinə odlu silahın artmasına səbəb olmuşdur. İlk barıt tüstülü olmuşdur. D.İ.Mendeleyev tüstüsüz barıtı kəşf edənə qədər bütün ordular tüstülü barıtdan istifadə etmişlər. Hələ indi də bəzi ovçular ondan istifadə etdiyi üçün “Ovçu barıtı” adlanır. Qara barıt necə alınır? Bunu aşagıdakı təcrübənin köməyilə aydınlaşdırmaq olar. Hazırlamalı: 1) kükürd, 2) kalium-nitrat, 3) çini həvəngdəstə, 4) ağac kömürü, 5) giliz. 20 q kalium-nitrat, 6 q təmiz kükürd və 6 q ağac kömürünü çini həvəngdə əzərək gilizə doldurur. Gilizin ağzına pambıq qoyub, üstündən “Mendeleyev zamaskası” çəkilir. Qızdırılma nəticəsində nitratlar parçalanır, alınan oksigen nitrat məhluluna salınmış kükürdü, kömürü yandırır, tüstü əmələ gəlir və alınan karbon qazının, azotun həcmi götürülmüş barıtın həcmindən dəfələrlə artıq olduğundan bu qazlar xaricə çıxmaq üçün özlərinə yol açır və gurultu alınır. Kalium-sulfid isə yanığı təşkil edir və xarakter iy verir. Bu reaksiyanın tənliyi belədir.
2KHO3 + S + 3C = K2S + N2 + 3CO2