Vulkan

 

Mənbə: Vaqif Həsənov, Yavər Qasımova, Rəfiqə Məmmədova, Gülnarə Babayeva, Aybala Umudova KİMYA HƏVƏSKARLARI ÜÇÜN Bakı – 2013

 

a) Suyun təsiri ilə vulkan: Vulkan haqqında az adam tapılar ki, məlumatı olmasın. Bildiyimiz kimi təbiətdə vulkanlar həm quruda, həm də suda baş verir. Yerin üstündəki vulkanlardan ən yüksəyi Çili və Argentina sərhəddində Qərbi Kordilyer dağında 6800 metr

yüksəklikdə püskürən Tupunqato vulkanıdır. Ən böyük sualtı vulkan Sakit okeandakı Admiral Makarov vulkanıdır. Onun zirvəsi okeanın dibindən 5000 metr hündürlüyə yüksəlir. Kimyaçı da öz gücünün hesabına kiçik də olsa vulkan yarada bilər. Hazırlamalı: 1) yod kristalları, 2) sink tozu, 3) həvəng, 4) çini kasa, 5) pipet, 6) su. Ekvivalent miqdarda yod kristalları götürüb həvəngdə əzir və sink tozu ilə qarışdırırlar. Qarışığı çini kasaya keçirib, üzərinə pipet vasitəsilə 5-6 damcı su əlavə edir. Ətrafa püskürən “vulkan” alınır. Burada su katalizator rolunu oynamaqla gedən reaksiyanın tənliyi belədir:

Zn + J2 = ZnJ2

b) Yaşıl vulkanın alınması. Hazırlanmalı: 1) çini buta, 2) ammonium bixromat, 3) ştativ, 4) çini üçayaq, 5) qaz lampası. Çini butaya 15 q ammonium-bixromat töküb ştativin dəmir halqası üzərinə qoyur, qaz lampasını yandıraraq maddə qızdırılır. İki-üç dəqiqədən sonra yaşıl vulkan püskürməsi baş verir. Reaksiyanın tənliyi belədir:

(NH4)2Cr2O7 = Cr2O3 + N2↑ + 4H2O

Əlaqə:

 

 e-mail : info@kimyafobiya.org

 mobil  : (+994) 55 521 12 29

Bu resurs Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsində qalib gəlmiş "KimyaFobiya ilə Mübarizə" layihəsi çərçivəsidə hazırlanmışdır. Təhsil Nazirliyi nəşrin məzmununa görə məsuliyyət daşımır.

"KimyaFobiya İlə Mübarizə" 

© 2019. Bütün hüquqlar qorunur.

Note: Please fill out the fields marked with an asterisk.