XİDMƏTLƏRİMİZ


Tərcümə xidməti. Kimya ilə bağlı tərcümə sahəsində illərin təcrübəsinə sahib komandamız RUS, İNGİLİS və TÜRK dillərindən kimya ilə bağlı istənilən mövzuda müxtəlif yazılı materialları və videoçarxları tərcümə etməyə, videoçarxları həm də səsləndirməyə qadirdir. Haqqında danışılan mövzularda komandamızın peşəkarlığına güvənə bilərsiniz. Şagirdlərinizi yerli müəlliflərin yazıları ilə məhtudlaşdırmayın, onlara dünyanı görmək imkanı verin.

Təlim və seminarların təşkili. Kimya dərslərinizi müasir tələblərə uyğun həm də praktik əsaslara qura bilmirsiz? Fəal, interaktiv dərs modellərini kimya fənninə tətbiq etməklə bağlı çətinlikləriniz olur? Açıq dərslərinizə mütəmadi olaraq iradlar bildirilir? İTK avadanlıqlarından istifadə ilə bağlı problemləriniz var?

     Onda bu xidmət sizin üçündür. Şagirdlərinizə kimya fənnini sevdirməyin və onları bu fənnin gözəllikləri ilə heyran qoymağın sirlərini bizim seminarlarda öyrənib şagirdlərinizin sevimlisi ola bilərsiniz.



Kimya təcrübələrinin sifarişi. Çalışdığınız məktəbin imkanları sizi və şagirdlərinizi kimya təcrübələri aparmaqdan məhrum edir? Açıq dərsləriniz istədiyiniz effekti vermir? Ətrafınızdakı insanlar sizin bir müəllik kimi heç vaxt təcrübə aparmadığınızdan danışırlar? Onları susdurmaq vaxtıdır. Bizimlə əlaqə saxlayın, sizə təklif edəcəyimiz siyahıdan aparılmasını istədiyiniz təcrübələri seçin, biz sizin məktəbinizə gələk və həmin təcrübələri sizinlə birlikdə nümayiş etdirək.

Kimya gecələrinin təşkili. Kimya axşamları təşkil etmək fikriniz var? Lakin işə haradan və necə başlamalı olduğunuzu bilmirsiniz? Üstəlik bu işləri icra edə bilmək üçün vaxtınız da imkan vermir? İstifadə etmək istədiyiniz resursların çoxu sizin üçün əlçatan deyil? Bizə müraciət edin. Sizə fərqli kimya gecəsi ssenariləri təklif edək, istədiyiniz birini seçin. Təşkilatçılıq bacarığı ilə seçilən komandamız sizin ən yaxın köməkçiniz olsun. Evinizə qədər gələk və sizə kömək edək.



Görüşlərin təşkili. Müxtəlif peşə sahiblərinin şagirdlərinizə öz peşəsi ilə bağlı məlumat verib, onları maraqlandıran suallara cavab verməsini istəyirsiniz? Ləkin həmin şəxslərlə əlaqə yaratmaq mümkün deyil? Bizə müraciət edin, biz sizin yerinizə həmin insanlarla münasib bir vaxt təşkil edib sizin onlarla görüşünüzü təmin edək. Şagirdlərinizi öz təşkilatçılıq bacarığınız ilə heyran qoyun.

Bilik yarışlarının təşkili. Şagirdlərinizin məktəblər arası və regional səviyyədə təşkil olunan müxtəlif yarışlarda iştirak etməsini istəyirsiniz? Lakin təşkilatçılıqla bağlı məsələlər sizin həll edə bilməyəcəyiniz qədər böyükdür? Bizimlə əlaqə saxlayın, həmin məsələləri sizin yerinizə biz həll edək. Şagirdlərinizə qələbə sevinci yaşatmaq imkanı sizin əlinizdədir.


Avadanlıqların icarəsi. Şagirdlərinizi elektron tərəzi, pH Meter, qarışıdırıcı və başqa avadanlıqlar ilə tanış etmək yaxud apardığınız təcrübələrdə bu kimi avadanlıqları işlətmək istəyirsiniz? Lakin qiyməti baha olduğu üçün onları bir neçə istifadə üçün almaq sərfəli deyil? Kimsə sizə həmin avadanlıqları icarə versə necə? Bizimlə əlaqə saxlayın sizə kömək edərik.


XİDMƏT ƏRAZİMİZ

 

Əlimizdəki imkanların məhtud olması səbəbindən komandamız öz xidmətlərini sizə yalnız aşağıda göstərilən bölgələr daxilində təklif edə bilir: Bakı, Sumqayıt, Abşeron, Xızı, Siyəzən, Şamaxı, Hacıqabul, Salyan, Neftçala, Quba, Qusar, Xaçmaz, Dəvəçi.

XİDMƏT HAQQI

 

Xidmət haqqının qiyməti yaşadığınız ərazinin Bakıdan uzaqlığından, seçdiyiniz xidmətin nüvündən və çeşidindən istifadə olunacaq avadanlıq və reaktivlərin tipindən asılı olaraq dəyişir. Qiymətlər haqqında ətraflı məlumat müraciət formunu doldurduqdan sonra sizə email vasitəsi ilə göndəriləcək.



xİDmət sİfarİş formu


Əlaqə Vasİtələrİmİz


 

Sifariş vermək üçün əlaqə saxlayın : +994 55-521-12-29

 

Sifariş vermək üçün əlaqə saxlayın : +994 55-521-12-29

 

Facebook səhifəmizdə sual verə bilərsiniz.

fb.com/kimyafobiya


 

Bizə e-mail yazaraq müraciət edə bilərsiniz.
info@kimyafobiya.org

 

Youtube Kanalımızda tədbirlərimizin videosunu izləyə bilərsiniz.


Əlaqə:

 

 e-mail : info@kimyafobiya.org

 mobil  : (+994) 55 521 12 29

Bu resurs Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsində qalib gəlmiş "KimyaFobiya ilə Mübarizə" layihəsi çərçivəsidə hazırlanmışdır. Təhsil Nazirliyi nəşrin məzmununa görə məsuliyyət daşımır.

"KimyaFobiya İlə Mübarizə" 

© 2019. Bütün hüquqlar qorunur.

Note: Please fill out the fields marked with an asterisk.